Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibədə iştirak edən Rusiya ordusunun bəzi üzvlərinə “Qızıl Ulduz” medallarını təqdim edib.
Medianews.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Kreml sarayında keçirilən mərasimdə Rusiya ordusunun önəmli adlarına “Qızıl Ulduz” medallarını təqdim edib.
Sovet İttifaqı veteranları, Rusiya ordusunun yüksək eşalonu və mülki şəxslərin də olduğu 200 nəfərin iştirak etdiyi mərasimdəki çıxışında Putin orduda xidmət edən əsgərlərə təşəkkürünü bildirib:
“Ölkəmiz dəfələrlə ağır sınaqlarla üzləşib və hər zaman dövlətimizin təhlükəsizliyini qorumaq cəhdinin əleyhinə olub. Döyüş meydanlarında və cəbhənin arxasında Rusiyanın qələbələrlə dolu böyük tarixini qoruyan əcdadlarımızın qarşısında baş əyir və hazırda döyüşən əsgərlər, zabitlər, könüllülər və silahlı birləşmələrimizlə fəxr edirik. Onlar xüsusi hərbi əməliyyatda iştirak edərək, öz döyüş vəzifələrini şərəflə yerinə yetirib qoruyurlar. Bu gün xüsusi hərbi əməliyyat zamanı fövqəladə şücaət göstərmiş və Rusiya qəhrəmanı adını almış əsgərlərə ali dövlət mükafatları veriləcək. Mən ön cəbhədə olanlara da səslənirəm. Siz mənim və xalqımız üçün qəhrəmansınız”.
Putin çıxışından sonra medalları Ukraynada münaqişə zonalarında xidmət edən qoşunların komandirlərinə təqdim edib.
Medianews.az