Türkiyədə son dövrlərdə artan narkotik-terror əməliyyatları PKK-nın maliyyə qaynaqlarına ağır zərbə vurub.
Medianews.az xəbər verir ki, əməliyyatlar zamanı ələ keçirilən narkotik vasitələrin məhv edilməsi görüntüləri yayılıb.
Terror təşkilatının maliyyə qaynaqlarına qarşı keçirilən əməliyyatlar nəticəsində 2022-ci ildə 40 ton narkotik maddə müsadirə edilib. Hazırda əməliyyatda ələ keçirilən narkotiklərin məhv edilməsi üçün də bir iş aparılır. Müsadirə edilən narkotik vasitələr çəkisi çəkildikdən sonra protokolla prokurorluğa təhvil verilir. Məhkəmə prosesi zamanı narkotiklər məhkəmə nəzarətində saxlanılır. Bu müddət ərzində narkotiklərin saxlandığı anbarlar yerli icra hakimiyyəti orqanı və növbətçi prokurorun da daxil olduğu komissiya tərəfindən açıla bilər.
Bütün rəsmi prosedurlar bitdikdən sonra məhvetmə prosesi həyata keçirilir.
Medianews.az