“Azərbaycan uzun illər boyu daim UNESCO-nun etibarlı tərəfdaşı olub”.
“Report” xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib.
Onun sözlərinə görə, Azərbaycan UNESCO çərçivəsində müxtəlif layihələri, o cümlədən qlobal miqyasda təhsilin əlçatanlığının təmin edilməsi ilə bağlı layihələri dəstəkləyib.
O, Azərbaycanın Afrika Ümumdünya İrs Fonduna 100 min ABŞ dolları köçürməklə Afrikada mədəni irsin qorunmasına öz töhfəsini verdiyini diqqətə çatdırıb.