Göz bəbəklərinə döymə etdirən 32 yaşlı qadının həyatı alt-üst olub. Gözləri şişərək xəstəxanada dünyasını dəyişən qadının başına gələnlər sosial mediada yayılıb.
Medianews.az xəbər verir ki, Anaya Peterson adlı qadının həyatı göz bəbəklərinə vurduğu döymə ilə alt-üst olub.
Avstraliyalı model Amber Lukadan ilhamlanan və öz göz bəbəklərinə döymə etdirən Petersonun bir gözü mavi, digəri isə bənövşəyi rəngdədir.
New York Post qəzetində yer alan xəbərə görə, 32 yaşlı qadının bu cəhdi ona baha başa gəlib.
2020-ci ilin iyul ayında sağ gözündə mavi döymə olduğunu bildirən Peterson, “Kor olsam, heç olmasa o biri gözümə sahib olacağımı düşündüm”-deyə aydınlıq gətirib.
Həmin vaxt heç bir fəsadla rastlaşmadığını bildirən 32 yaşlı qadın həmin ilin dekabrında digər göz bəbəyinə döymə etdirdirib.
Medianews.az