“Qarabağdan keçək – dinc yaşayaq” düsturu işə yaramadı”.
Medianews.az xəbər verir ki, bu fikirləri “Ermənistan” müxalif fraksiyasının deputatı Lilit Qalstyan deyib. Onun sözlərinə görə, Qarabağla bağlı məsələlərdə yayınma siyasətini ardıcıl şəkildə həyata keçirməyə davam edir: “Bununla yanaşı, Azərbaycanda əldə olunanlarla məhdudlaşmaq niyyətində deyil.
Hakimiyyət yalan arqumentlərlə izah edir ki, guya Ermənistan diplomatik təcrid olunub və beynəlxalq ictimaiyyət tələblərin azaldılmasını istəyir”.
Deputat təəssüflə qeyd edib ki, vəziyyətin ağırlığına baxmayaraq, ölkə ictimaiyyəti fəallıq göstərmir: “Aksiyalara təxminən 20 min insanın toplaşdığı hallar olsa da, cəmiyyətimizin bu məsələ ilə barışdığı görünür. Bu cür əhval – ruhiyyə mənim üçün anlaşılmaz və qəbuledilməzdir.
Beləliklə, bir tərəfdən ölkə dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşib. Digər tərəfdən cəmiyyətin laqeydliyi və müxalifətin vəziyyəti dəyişdirməyə imkan verəcək lazımi ictimai dəstəkyin olmaması özünü göstərir.
Zəfər