Texnologiya nəhəngi Apple-ı məhkəməyə verən iki qadın məhsulun yoxlanılmasını istəyib.
Medianews.az xəbər verir ki, ABŞ-da iki qadın Apple AirTag məhsulu ilə izləndiklərini biləndə şirkətə qarşı iddia qaldırıblar. Məhsulların gizli şəkildə çantalarına və avtomobillərinə qoyulduğunu deyən qadınlar şəxsi həyatlarının pozulduğunu iddia ediblər. İki qadın birlikdə Kaliforniya məhkəməsində Apple-ın məhsulu qeyri-qanuni istifadədən qorumaq üçün kifayət qədər iş görmədiyini iddia edərək məhkəməyə müraciət edib.
2021-ci ildə AirTags təqdim edən Apple məhsulu ABŞ-da 29 dollara satılıb. Bluetooth vasitəsilə iPhone və iPad-lərə qoşularaq işləyən məhsul istifadəçiyə ani məkan məlumatlarını ötürür.
İddiaçı qadınlardan biri iddia edir ki, keçmiş ərindən boşandıqdan sonra uşağının bel çantasından AirTag tapıb. O, iddiada bildirib ki, cihazı sıradan çıxarmaq istəyən qadın çox keçmədən başqa bir cihaz tapıb.
Digər iddiaçı bildirib ki, 3 aylıq münasibətini bitirdikdən sonra keçmiş sevgilisi ona naməlum nömrələrdən zəng vurmağa, sosial media hesablarını izləmək üçün saxta profillər yaratmağa və hədələyici səsli mesajlar göndərməyə başlayıb. İddiaçı bildirib ki, yeni məhəlləsinə köçəndə onun Airtag ilə izləndiyini, yaşadığı məhəllədə çəkilmiş şəklin keçmiş sevgilisi tərəfindən “#airt2.0” həştəqi ilə paylaşıldığını görəndə anlayıb.
Yaxınlıqda tanımadığı AirTag aşkar edilərsə, Apple istifadəçilərə xəbərdarlıq göndərir. Bununla belə, bu bildiriş Apple iOS proqram təminatının 14.5 və ya daha sonrakı versiyası olan cihazlarda gəlir.
Şirkətin açıqlamasında isə AirTag insanların və ya başqa şəxslərin əmlakını izləmək üçün olmadığı bildirilib:
“AirTag insanlara öz şəxsi əşyalarını tapmaqda kömək etmək üçün nəzərdə tutulub və biz məhsullarımızdan hər hansı zərərli istifadəni ən sərt şəkildə pisləyirik”.
Medianews.az