İndoneziyada yerli vaxtla saat 08:20 radələrində Bandunqda polis bölməsinin bağına girən bıçaqlı şəxs işə başlamağa hazırlaşan polisə üz tutub. Polis bölməsinin girişinə doğru sürətlə qaçan şəxs üzərindəki bombanı işə salaraq özünü partladıb.
Medianews.az xəbər verir ki, İndoneziyanın Bandunq şəhərində polis bölməsinə hücumu nəticəsində bir polis əməkdaşı ölüb, 8 nəfər yaralanıb.
Hadisədən dərhal sonra həvəskar kameralara əks olunan görüntülərdə polis idarəsinin bağçasından tüstü qalxdığı və ətrafdakıların panikaya düşdüyü görülüb. Bildirilib ki, Bandunq polisi insidentlə bağlı başlanan araşdırmada terrorla mübarizə bölməsi ilə birgə işləyir.
Medianews.az