ABŞ-ın keçmiş prezidenti Donald Trampın rəhbərlik etdiyi “Trump Organization” şirkəti Nyu-York Federal Məhkəməsində açdığı iddiada vergidən yayınmaqda təqsirli bilinib. Tramp qərardan məyus olduğunu və apellyasiya şikayəti verəcəyini bildirib.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp növbəti dəfə şoka düşüb.
Onun direktoru olduğu Tramp Təşkilatı vergidən yayınmaqda təqsirli bilinib.
Davaya rəhbərlik edən Manhetten dairəsinin prokuroru Alvin Bragg-in Twitter hesabından verdiyi açıqlamada, Trump Organization-un iki törəmə şirkəti olan Trump Corp və Trump Payroll Corp-un vergidən yayınma məhkəməsində münsiflər heyəti tərəfindən günahkar bilindiyi açıqlanıb.
Tramp Təşkilatının bütün 17 ittiham üzrə mühakimə olunduğu vurğulanan açıqlamada, “15 illik saxtakarlıq sxemində iştirak etməklə yanaşı, sui-qəsd, cinayət vergi fırıldaqçılığı və iş qeydlərinin saxtalaşdırılması ittihamlarını ehtiva edən bu qərar, keçmiş prezident Trampın şirkətlərinin ilk cinayət mühakiməsi.” deyilib.
Tramp açıqlamasında “qərardan məyus olduğunu və apellyasiya şikayəti verəcəyini” bildirib.