DÇ-2022-nin 1/8 finalında Xorvatiya Yaponiyanı penaltilər seriyasından sonra məğlub edərək, turnirdən kənarlaşdırdı.
Medianews.az xəbər verir ki, Qətərdəki paylaşımlarından sonra həbslə təhdid edilən və ölkəni tərk etməyə çağırılan xorvat model İvana Knoll bu dəfə yaponiyalı azarkeşləri qəzəbləndirib.
Məşhur modelin oyundan əvvəl sosial media hesabında “Bu gün menyumuzda Yapon suşisi var” ifadələri yer alıb. Onun bu sözləri yaponların sərt reaksiyasına səbəb olub.
Medianews.az