Cümə axşamı, 9 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Möhtəşəm Qələbəyə həsr olunan Zəfər paradı

XƏYALƏ
06/12/2022 15:50
82
BAXIŞ
FacebookTwitterTelegram

Ali Baş Komandan İlham Əliyev: “Türkiyə ilə Azərbaycan arasında iş birliyi və onların birgə fəaliyyəti bölgədə sabitliyin möhkəmləndirilməsinə yönəlib”
Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılmasının effektiv nəticəsini bütün dünya gördü. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi.

Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. Bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Məhz bu texnikalardan istifadə edən Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var” və “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğrayıb. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub.
Azərbaycan 2020-ci il dekabrın 10-da keçirilmiş Zəfər paradında bir daha hərbi gücünü nümayiş etdirdi. Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur.

Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Müharibə zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi. İki ölkə rəhbərinin Qələbə paradını birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Çünki bu, qardaşlığın Zəfəridir. Bu Zəfərin təntənəsi tarixi Şuşa Bəyannaməsində təzahür etdi. İki qardaş dövlət tarixi Şuşa Bəyannaməsini imzalayaraq rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Prezident İlham Əliyev bu müttəfiqliyi hər zaman xatırladaraq qeyd edir ki, Azərbaycan və Türkiyə qardaş və dost ölkələrdir: “Ötən il Şuşada Müttəfiqlik Bəyannaməsi imzalanmışdır. Əməkdaşlığımız bütün sahələrdə yalnız güclənəcək və bu, regional sabitliyin mühüm meyarıdır. Türkiyə ilə Azərbaycan arasında iş birliyi və onların birgə fəaliyyəti bölgədə sabitliyin möhkəmləndirilməsinə yönəlib”.
Bir il ərzində Türkiyə və Azərbaycanda dövri əsaslarla 10-dan artıq birgə hərbi təlimlər keçirilib. Bu günlərdə Azərbaycan və Türkiyə İranla sərhəddə möhtəşəm hərbi təlimlərə başlayıblar. Qardaşlığın və dostluğun güc nümayişi olan bu təlimlər regional sabitlik və təhlükəsizliyimiz üçün mühüm əhəmiyyət daşıyır. Bu, Azərbaycanı qorxutmağa çalışanlara, sərhədlərimizdə məkrli planlar quranlara ciddi mesajdır.

Nəbi Ağayev
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq
Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri

DAHA ÇOX OXU

Global

Hansı ölkələr Türkiyəyə necə yardım etdi?

08/02/2023 14:36
1-MANŞET

Türkiyəli media rəhbərindən ÇAĞIRIŞ: “Vəziyyət çox kritikdir, böyük köməyə ehtiyac var”

06/02/2023 14:58
Global

Gəncədə azyaşlılara zor tətbiq edən şəxs KİMDİR?-VİDEO

06/02/2023 00:56
Global

Şimali Osetiya rəhbəri Ukraynada güllələndi

05/02/2023 11:15
Global

Rusiya Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan sarsıldığını bildirib

27/01/2023 11:31
Global

Sabiq milli təhlükəsizlik naziri 6 minə yaxın pensiya alır

25/01/2023 10:57
SON XƏBƏR

“Bu gecə bu evdən heç kim sağ çıxmayacaq” – Ərini balta ilə öldürən Aynurun ŞOK İFADƏSİ

İlham Əliyevdən Şuşa ilə bağlı SƏRƏNCAM

Azərbaycanda bələdiyyə sədri vəfat etdi - FOTO

Xəbər lenti

Türkiyənin şərqində güclü zəlzələ oldu

09/02/2023 00:56

Elçin Lənbəranskini döydülər – SƏBƏB

08/02/2023 23:31

“İsinməkdən utanırlar” – Oktay Kaynarcadan Azərbaycanla bağlı PAYLAŞIM

08/02/2023 22:16

Zəlzələ anına aid daha bir QORXUNC GÖRÜNTÜLƏR ortaya çıxdı – VİDEO

08/02/2023 22:03

Dağıntılar altından çıxarılan naməlum cəsədlərin aqibəti necə olacaq? – AÇIQLANDI

08/02/2023 21:57

Keçmiş millət vəkili Əkrəm İmamoğlunu zəlzələ bölgəsindən qovdu – VİDEO

08/02/2023 21:46

Dəhşətli zəlzələ zamanı evin içində çarəsiz qalan ailənin GÖRÜNTÜLƏRİ – VİDEO

08/02/2023 21:36

Bakıya güclü qar bu saatdan yağmağa başlayacaq – 2° ŞAXTA – FOTO

08/02/2023 21:33

Xəstəxanada anası ilə qovuşan körpə

08/02/2023 21:33

Ermənistanla İran Laçın və Qubadlıya hücum hazırlayır

08/02/2023 21:32

Dağıntıların altından kömək almadan çıxan futbolçu kimdir?

08/02/2023 20:44

Göndərilən yardım bağlamalarında nələr kəskin tənqid olundu? – VİDEO

08/02/2023 20:19

Azərbaycanın Türkiyəyə göndərdiyi yardımlar – SİYAHI

08/02/2023 20:10

Messi Türkiyəyə belə YARDIM ETDİ

08/02/2023 19:56

FOX TV: “Bakıda da zəlzələ olacaq” – Seysmoloji Xidmət Mərkəzi məsələyə aydınlıq gətirdi – VİDEO

08/02/2023 19:13

Bakıda tikilən binalar zəlzələyə tab gətirə bilərmi? – Ekspertdən MÜHÜM AÇIQLAMALAR

08/02/2023 18:59

Hər kəsin axtardığı maşının sahibi DANIŞDI – ÖZƏL

08/02/2023 18:29

Türkiyədə 7,7 bal gücündə zəlzələ anının yeni qorxunc görüntüləri yayıldı – VİDEO

08/02/2023 17:58

Türk qızlar canlı yayım açıb “İnşallah yenə zəlzələ olsun” dedilər – VİDEO

08/02/2023 17:27

Səfir Türkiyənin ikinci əl paltarlarla bağlı qadağasının səbəbini AÇIQLADI

08/02/2023 17:09

Naxçıvan DYP-yə yeni rəis təyin olundu

08/02/2023 17:05

“Artıq çarpayılar ayrılıb, biz xəstələri gətirməyə hazırıq”

08/02/2023 16:43

Nazirlik rəsmisi ölkədə yayılan virusdan danışdı

08/02/2023 16:42

Dünyanın məhşur şirkətləri Türkiyəyə KÖMƏK EDƏCƏK – AÇIQLAMA

08/02/2023 16:05

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.