Bazar, 29 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Leyla Abdullayeva Parisdə erməni tərəfi faktlarla susdurdu

TURAN
06/12/2022 17:10
133
BAXIŞ
FacebookTwitterTelegram

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Parisdəki mənzil qərargahında Avrasiya departamenti tərəfindən təşkil olunan “Avrasiyanın dostları” tədbirində iştirak edib.

Medianews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, OECD-nin Baş katibinin müavini Kerri-Ann Jon, eləcə də təşkilatın aidiyyəti bölmələrinin nümayəndələri tədbirdə çıxış edərək, COVID-19 pandemiyası və Rusiya-Ukrayna müharibəsinin bütün dünya ölkələrinin iqtisadiyyatına ciddi təsir göstərməsi, gələcək illər üçün iqtisadi inkişafa gözlənilən mənfi təsirlər barədə məlumat veriblər.

OECD-nin Avropa Rəqabətlilik Proqramı ölkələrinin təşkilat yanında akkreditə olunmuş səfirliklərinin nümayəndələri bu böhranın ölkələrin iqtisadiyyatına təsiri barədə tədbir iştirakçılarını məlumatlandırıblar.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək, müharibənin ilk günlərindən etibarən ölkəmiz tərəfindən Ukraynaya göstərilən yardımlardan söz açıb. Deyib ki, Azərbaycan Ukraynaya humanitar yardım göndərən ilk ölkələr sırasında olub. Ukraynada fəaliyyət göstərən “SOCAR Energy Ukraine” şirkətinin humanizm prinsiplərini rəhbər tutaraq, təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərini pulsuz yanacaqla təmin etdiyini bildirib.

Diplomat Azərbaycanın uzun illər ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkə kimi dövlətlərin ərazi bütövlüyünə dəstək prinsipini hər zaman rəhbər tutduğunu vurğulayıb.

Leyla Abdullayeva hazırkı geosiyasi və geoiqtisadi çətinliklərə baxmayaraq, 2022-ci ilin ikinci yarısında Azərbaycan iqtisadiyyatında müsbət dəyişikliklərin müşahidə olunduğunu qeyd edib. Bu ilin son 6 ayı ərzində iqtisadi artımın qeydə alındığını, qeyri-neft sektorunda 7,8 faiz, nəqliyyat sektorunda 27,2 faiz artımın müşahidə olunduğunu diqqətə çatdırıb.

Həmçinin L.Abdullayeva iclasda Ermənistan tərəfindən səsləndirilmiş tamamilə yanlış və ittiham dolu çıxışa da münasibət bildirərək, bölgədəki reallıqlarla bağlı iclas iştirakçılarını məlumatlandırıb. Səfir ölkəmizin ərazilərinin 30 ilə yaxın müddətdə erməni işğalı altında olduğunu, ölkəmizin 2020-ci ilin payızında öz ərazi bütövlüyünü bərpa etdiyini, üçtərəfli Bəyanatın imzalanması ilə münaqişəyə son qoyulduğunu bildirib. Qeyd edib ki, Ermənistanın bu Bəyanatla üzərinə götürdüyü öhdəliklərə əməl etmir, erməni nümayəndənin bu iclasda səsləndirdiyi iddialar tamamilə yanlışdır. “Ermənistanın heç bir ərazisi işğal altında deyil. Ancaq Azərbaycanın 8 kəndi hələ də erməni işğalı altındadır. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır və ümid edir ki, yaxın zamanda rəsmi İrəvan üzərinə götürdüyü öhdəliklərə əməl edəcək, normallaşma istiqamətində müvafiq addımlar atacaq”, – deyə diplomat vurğulayıb.

L.Abdullayeva işğaldan azad edilmiş ərazilərdə hazırda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə də məlumat verib.

Qeyd edək ki, tədbirin əsas məqsədi OECD-yə üzv ölkələrin, eləcə də təşkilatın Avrasiya Rəqabətlilik Proqramında iştirak edən tərəfdaş ölkələrin səfirlərini və yüksək səviyyəli nümayəndələrini bir araya gətirərək, regionda və qlobal miqyasda Rusiya-Ukrayna müharibəsinin və COVID-19 pandemiyasının iqtisadi sarsıntılarını idarə etmək siyasətini qiymətləndirmək və müzakirə etmək olub.


DAHA ÇOX OXU

1-MANŞET

Gəncədə zəlzələ baş verib? – RƏSMİ AÇIQLAMA

29/01/2023 09:03
export

Pərvin dərin ayaq dekoltesi ilə GÜNDƏMDƏ – FOTOlar

29/01/2023 03:33
export

“O, bu mükafatı almaq üçün 500 manat ödəmişdi, sonra yazmışdı ki..”

29/01/2023 03:29
export

Rəşad Dağlı əfvə düşəcəkmi? – CAVAB

29/01/2023 03:18
Incendio de deposito de gas natural em Chiba, proximo a Toquio. Foto: Asahi/Reuters
export

İran MN: “İsfahan şəhərinə dron hücumu olub”

29/01/2023 03:12
export

İranda Müdafiə Nazirliyinin zavodunda güclü partlayış olub – VİDEO

29/01/2023 02:04
SON XƏBƏR

Ermənistanda yeni həbslər dalğası başladı

Azərbaycanda bu şəxslər 5 ilədək həbs ediləcək

İlon Mask Apple-a qarşı apardığı müharibədə "sülhün imzalandığını" elan etdi

Xəbər lenti

Gəncədə zəlzələ baş verib? – RƏSMİ AÇIQLAMA

29/01/2023 09:03

Şəkidə yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqladı

29/01/2023 09:01

Pərvin dərin ayaq dekoltesi ilə GÜNDƏMDƏ – FOTOlar

29/01/2023 03:33

“O, bu mükafatı almaq üçün 500 manat ödəmişdi, sonra yazmışdı ki..”

29/01/2023 03:29

Rəşad Dağlı əfvə düşəcəkmi? – CAVAB

29/01/2023 03:18

Incendio de deposito de gas natural em Chiba, proximo a Toquio. Foto: Asahi/Reuters

İran MN: “İsfahan şəhərinə dron hücumu olub”

29/01/2023 03:12

İranda Müdafiə Nazirliyinin zavodunda güclü partlayış olub – VİDEO

29/01/2023 02:04

Saunaya çox gedənləri bu təhlükə gözləyir – XƏBƏRDARLIQ

29/01/2023 00:36

NATO kursunu bitirən İLK qadın hərbi qulluqçumuz – FOTOLAR

28/01/2023 23:14

Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində olublar – FOTO

28/01/2023 23:12

İlham Əliyev: “Bu qanlı terror hərtərəfli araşdırılmalıdır”

28/01/2023 23:06

Şəhidimiz Orxan Əsgərovun nəşini ölkəmizə gətirən təyyarə NİYƏ LƏNGİYİR?

28/01/2023 22:47

Nazpəri Dostəliyevadan NÖVBƏTİ ÜZÜCÜ XƏBƏR

28/01/2023 22:11

Tanınmış polkovnik Naxçıvana polis rəisi təyin olundu- FOTO

28/01/2023 21:28

Əməkdar artist Dilarə Əliyevanın “Toppuş bacı” ilə SON YAZIŞMASI – FOTO

28/01/2023 18:00

ATƏT-in Baş katibi səfirliyə silahlı hücumdan yazdı

28/01/2023 17:40

Kök və arıq adamlar – kim daha çox ömür sürür? – MARAQLI YAPON TƏDQİQATI…

28/01/2023 17:19

Azərbaycanda daha 33 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib – FOTO

28/01/2023 16:57

“Putin fevral və ya martda…” – ŞOK İDDİA

28/01/2023 16:52

İlham Əliyev: “Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir”

28/01/2023 16:47

Mədəniyyət Nazirliyi ilə bağlı QƏRAR

28/01/2023 16:07

İran vətəndaşının rəhbərlik etdiyi cinayətkar dəstənin üzvləri saxlanıldı

28/01/2023 15:39

Bakı səfirlik əməkdaşlarının təxliyəsi üçün təyyarə göndərir

28/01/2023 15:31

Ötən il uşaqlar arasında ən çox bu xəstəlik aşkarlanıb

28/01/2023 15:27

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.