Çinin Zhuhai şəhərindəki hava limanında bir qadın saxta hamilə görüntüsü yaradaraq gizlədilmiş 9 “iPhone” və 200-dən çox prosessoru qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edərkən yaxalanıb.
Medianews.az xəbər verir ki , qadının keçirməyə çalışdığı “iPhone” və prosessorların təxmini qiyməti 164 min dollar dəyərindədir.
Hava limanında hamilə qiyafəsində olan qadın şübhəli davranışına görə gömrük əməkdaşları tərəfindən mühasirəyə alınıb. 5 aylıq hamilə olduğunu deyən qadının qarnından asılan lenti görən gömrükçülər məsələnin gerçəyini üzə çıxarıblar.
Qarnına taxılan protez ilə Çindən Makaoya “iPhone” və Intel markalı prosessor keçirməyə cəhd edən qadın gömrük əməkdaşları tərəfindən yaxalanıb. Hamilə paltarı geyinmiş qadının qarnında 200-dən çox prosessor və 9 iPhone tapılıb.
Medianews.az