Bazar, 5 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Üç uşaq anasını öldürən ərin cinayət işi: “Bıçağı xirtdəyindən soxdum, özü çıxardı” – FOTO

TURAN
05/12/2022 16:28
291
BAXIŞ
FacebookTwitterTelegram

Pirallahı rayonunda arvadını qətlə yetirməkdə təqsirli bilinən Əsgər Musayevin cinayət işi üzrə təfərrüat məlum olub.

Medianews.az ölkə.az-a istinadən xəbər verir ki, hadisə ötən ilin noyabrında qeydə alınıb. 1992-ci il təvəllüdlü Əsgər Musayev şəxsi münasibətlər zəminində mübahisə zamanı arvadı, 1997-ci il təvəllüdlü Ayşən Rəhimovanın boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Əsgər Musayev polis əməkdaşları tərəfindən saxlanılıb.

İş üzrə dindirilmiş Əsgər Musayev ifadəsində bildirib ki, 2015-ci ildə xalası qızının vasitəçiliyi ilə məktəbdə onunla bir sinifdə oxumuş və anasıgillə qonşuluqda yaşayan Ayşən Rəhimova ilə tanış olub. Altı aydan sonra sevgilisini öz razılığı ilə Qəbələ rayonuna qaçırıb. On gün rayonda qaldıqdan sonra Bakıya qayıdıblar. Bir müddət atası evində qaldıqdan sonra Ayşənin ailəsinin razılığından sonra onların evində yaşamağa başlayıblar. Ayşənlə qeyri-rəsmi nikahından iki qızı və bir oğlu dünyaya gəlib.

2020-ci ildə arvadının soyuq münasibətinə görə atasıgilin evinə qayıdıb. Amma bir müddətdən sonra uşaqlarsız dözə bilmədiyinə görə Ayşənlə barışıb.

2021-ci il sentyabrın 3-də qayınanası Sevinc Rəhimovanı vurduğuna görə məhkəmənin hökmü ilə CM-nin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsi ilə təqsirli bilinib. Lakin qayınanası onu bağışladığına görə cinayət təqibinə xitam verilib.

Noyabrın 10-u saat 16 radələrində arvadı “WhatsApp”la onunla əlaqə saxlayıb, uşağı ona qaytarmasını istəyib. Əks halda, gedib polisə şikayət edəcəyini bildirib.

Təxminən 15 dəqiqədən sonra yaşadığı evin qapısı döyülüb. Qapını açanda qayınanası Sevinc Rəhimovanı görüb. Qayınanası nəvəsi Sunayı götürməyə gəldiyini deyəndə əvvəl uşağın evdə olmadığını bildirib. Daha sonra qızı Sunayın paltarlarını geyindirib, onu qucağına alıb masanın üzərindəki mətbəx bıçağını da götürərək evdən çıxıb və qapıda dayanan taksiyə tərəfə gedib. Avtomaşına yaxınlaşanda Ayşənin maşında oturduğunu görüb. Qucağındakı uşağı yerə qoyub, maşının qapısını açaraq arvadından düşməsini tələb edib. Ayşənin avtomobildən çıxmaq istəmədiyini görüb onun saçından tutub. Sevinc qolundan tutduğu üçün yoldaşını maşından çölə çıxara bilməyib. Bu zaman üzərindəki bıçağı çıxarıb arvadına zərbə vurub.

“Maşına sol tərəfdən yaxınlaşıb saçından tutdum ki, düşürüm aşağı. Çıxara bilmirdim. Qayınanam qolumdan tutub mane olurdu mənə. Artıq əsəbiləşdim, bıçağı çıxarıb atdım ona tərəf. Boşluğa getdi bıçaq. Boşluğa gedəndə Ayşən əlimdən aldı bıçağı. Sonra mən onun əlindən tutub aldım bıçağı, istədim ki, ürəyindən vurum, boğazından batdı. Ayşən maşının qapısını bağladı, mən də qabaq qapını açıb, girdim maşına, istədim onu düşürüm aşağı”.

Əsgər Musayev ifadəsinin davamında bildirib ki, bu zaman Ayşən maşından düşərək qaçmağa başlayıb. Təxminən 30 metr qaçdıqdan sonra ona çatıb. Qadın yalvarıb vurmamasını xahiş edəndə uşaqların bu evdə qalacağını deyib. Ayşən bununla razılaşmadıqda boyun nahiyəsinə daha bir zərbə endirib. Qadın xəstəxanaya çatdırılsa da, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.

“Qaçıb çatdım, dedim, uşaqlar burada qalacaqlar, sən ananı götür, get. O da dedi ki, yox, uşaqlar da bizimlə gedəcəklər. Bu zaman bıçağı hülqumuna (xirtdək) soxdum, bıçaq qaldı boğazında. Özü əli ilə bıçağı çıxarıb qanı axa-axa maşına tərəf getmək istəyəndə yıxıldı. Anası gəlib maşına apardı”.

Musayev bildirib ki, onlar çıxıb getdikdən sonra evə keçib paltarlarını dəyişib. “102” xidmətinə zəng edib, hadisə barədə məlumat verib.

Məhkəmə prosesində Əsgər Musayev ittiham üzrə özünü təqsirli bilməyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxslə barışıb və ona qarşı şikayəti yoxdur.

Sonda məhkəmənin hökmü ilə Əsgər Musayev 17 il müddətinə azadlıqdan məhrum olunub.

DAHA ÇOX OXU

export

Rəhman Rəhmanov ikinci həyat yoldaşından da boşandı

05/02/2023 02:38
export

Manaf Tünzalənin məzar daşı üçün pul göndərdi – Ülviyyədən şok sözlər

05/02/2023 02:19
Cəmiyyət

Bakıdakı məşhur restoran şəbəkəsi fəaliyyətini dayandırdı

05/02/2023 02:02
export

Regional Təhsil İdarəsinin əməkdaşı yol qəzasında öldü -FOTO

05/02/2023 01:43
export

Bakıda qadına qarşı əxlaqsızlıq edən taksi sürücüsü saxlanıldı

05/02/2023 01:27
export

Qusarda 94 yaşlı qadın özünü asaraq İNTİHAR ETDİ

05/02/2023 01:14
SON XƏBƏR

“Qəzet və dövlətin idarə olunması heç də eyni deyil”- Paşinyan hədəfdə

Hava ilə bağlı ciddi XƏBƏRDARLIQ EDİLDİ

Zaqatalada şəhidlər abidəsi dağılıb - VİDEO

Xəbər lenti

Rəhman Rəhmanov ikinci həyat yoldaşından da boşandı

05/02/2023 02:38

Manaf Tünzalənin məzar daşı üçün pul göndərdi – Ülviyyədən şok sözlər

05/02/2023 02:19

Bakıdakı məşhur restoran şəbəkəsi fəaliyyətini dayandırdı

05/02/2023 02:02

Regional Təhsil İdarəsinin əməkdaşı yol qəzasında öldü -FOTO

05/02/2023 01:43

Bakıda qadına qarşı əxlaqsızlıq edən taksi sürücüsü saxlanıldı

05/02/2023 01:27

Qusarda 94 yaşlı qadın özünü asaraq İNTİHAR ETDİ

05/02/2023 01:14

ABŞ Çinin hava şarını belə vurdu – ANBAAN VİDEO

05/02/2023 01:14

Azərbaycanlı gənc 145 min manatlıq təqaüdü necə alıb? – MÜSAHİBƏ

05/02/2023 00:50

Azərbaycanlı uşaqlar Londondakı məktəbdə görün nələr öyrənirlər? – VİDEO

05/02/2023 00:48

Fotoqraf saxlanıldı – Rəsmi açıqlama

05/02/2023 00:43

Güneyli aktyorlar Xoydakı uşaqlara dəstək olurlar – VİDEO

05/02/2023 00:40

Azərbaycan güləşçisi Xorvatiyada beynəlxalq turnirdə qızıl medal qazanıb – FOTO

05/02/2023 00:34

Sərxoş halda avtomobil idarə edən şəxs həbs olunub

04/02/2023 23:13

DİN-dən Çimnaz Sultanova ilə bağlı açıqlama

04/02/2023 21:13

Xoşqədəm Mahirə Quliyevanın ölüm xəbərinə efirdə ağladı – VİDEO

04/02/2023 21:04

“Varlığı ilə yoxluğu bilinmir” – Aktyordan Nazirliklə bağlı tənqidi status

04/02/2023 20:55

Bakı bulvarında qadın meyiti tapıldı

04/02/2023 20:46

Azərbaycanda yeni cərimələr olacaq – 550 – 1500 AZN

04/02/2023 20:37

Bakıda boşanmaq üçün məhkəməyə gedən qadın məmurdan hamilə qaldı

04/02/2023 20:28

Emrahın gəlini ilə bağlı YENİ MƏLUMAT: Zaqataladandır… – FOTOLAR

04/02/2023 20:19

Ramiz Mehdiyev onları villasına buraxmadığına görə 16 min manat ödəməli olacaq – DETALLAR

04/02/2023 20:10

Ronaldonun sevgilisi bu səbəbdən cərimələnə bilər

04/02/2023 20:03

İşgəncələrə görə xəstəxanaya düşmüş zəncanlı qadın fəal həbs edildi – FOTO

04/02/2023 19:26

Afaq Gəncəli 13 kiloqram arıqlayıb BELƏ OLDU

04/02/2023 19:04

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.