“Ermənistan baş naziri Nikol Paşinyanın qızı Şuşan Paşinyan hər gün kiloqramı 3 min dollara olan qara kürü yeyir.”
Vətəninfo.az xəbər verir ki, bu iddia ilə “Vətəndaş Şüuru” QHT-nın rəhbəri Narek Samsonyan çıxış edib.
“Şuşana bu kürü xüsusi olaraq Bakıdan göndərilir.”- deyə Samsonyan bildirib.
Samsonyan bunu bu gün məhkəmədə deyib.
Xatırladaq ki, Şuşan Paşinyan QHT sədrini məhkəməyə verib və bu məhkəmə çəkişməsi 2020-ci ildən davam edir.