Rusiya Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyatlar zonasındakı əsgərlərə məktub və bağlamaların çatdırılmasına başladığını açıqlayıb.
Rusiya Müdafiə Nazirliyinin Telegram hesabında yer alan paylaşımda bildirilib ki, əsgərlərin yaxınları əsgərlərdən məktub və bağlama göndərəcəkləri ünvanları öyrənə bilərlər.
Nazirlikdən əsgərlərin qohumlarına məktub göndərə bilmələri üçün onlara zərf və dəftərxana ləvazimatları veriləcəyi də söz verilib.