Tanınmış sənətçi Ayça Ayşin Turan Alp Navruzadan ayrıldıqdan sonra Murat Bozla eşq yaşamağa başlayıb.
Medianews.az türk mediasına istinadən xəbər verir ki, Alp Navruzdan ayrıldıqdan sonra Murat Bozla eşq macərası yaşadığı deyilən sənətçi bildirib ki, özünü xoşbəxt hiss edir:
“Özümü yenidən doğulmuş kimi hiss edirəm. Həyata sevgi ilə bağlıyam və ümidlə baxıram.”
O, bildirib ki, Alp Navruzla arasında serialın çəkiliş meydançasında başlayan eşq macərası iki ay əvvəl bitib:
“Həmişə eşitmişəm ki, qadın 30 yaşı tamam olanda dəyişir və hər şeyi daha aydın görür. Həqiqətən də bu belədir”.
Məşhur aktyor açıqlamasının davamında bu ifadələrdən istifadə edib:
“Mən ailəmə, işimə və sevdiklərimə sadiqəm. Sevgi mənim üçün belə bir anlayışdır.”
Ayşən Azadova
Medianews.az