Cümə, 27 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
 
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

İranlı dəstə Qarabağa bu sənədlərlə keçib – Foto

XƏYALƏ
05/12/2022 11:45
171
BAXIŞ
FacebookTwitterTelegram
 

Rusiyalı sülhməramlıların nəzarət etdiyi, daha doğrusu, edə bilmədiyi əraziyə buraxılmış 14 İran vətəndaşı ətrafında vəziyyət getdikcə aydınlaşmaqdansa, əksinə, daha da dolaşır.

“Qafqazinfo” iranlıları daşıyan avtomobilin şəklini yaydı, artınca 14 iranlıdan 3-nün fotosunu nümayiş etdirdi, hətta bu şəxslərin ad-soyadlarını da açıqladı. Amma İran tərəfi hələ də “təmkinini” pozmadan susur. Özü də İran yalnız mətbuatın sorğularına deyil, rəsmi Bakının müvafiq müraciətlərinə də reaksiya vermir. Belə ki, əldə etdiyimiz məlumata görə, Azərbaycan tərəfi diplomatik xətlə də İrandan məsələyə aydınlıq gətirilməsini istəyib, amma görünür, Tehranda hələ də nə cavab verəcəklərini bilmirlər.

İran səfirliyinə cavab üçün əlavə “stimul” olsun deyə “Qafqazinfo” həmin 14 nəfərin  pasportlarının surətini  təqdim edir:

Bəlkə, heç olmasa indi İranın Azərbaycandakı səfirliyi məsələyə aydınlıq gətirməyə çalışa. Amma ümid edək ki, bu cəhd hadisənin digər “qəhrəmanı” – iranlı dəstəni Xankəndinə buraxmış Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkovun cavabları kimi olmayacaq. Çünki  Volkovun azərbaycanlı jurnalistlərə verdiyi açıqlamalar suallara aydınlıq gətirmək əvəzinə, məsələni bir az da dolaşdırıb.

Rusiyalı general deyir ki, “biz bu məsələ ilə bağlı təhqiqat aparırıq, araşdırırıq ki bu nə vətəndaşlar idi, hansı yolla, hansı sənədlərlə keçiblər”. Daha sonra o deyir ki, “bu şəxslər diversant-zad deyillər, inşaatçıdırlar”. Nəhayət, general əlavə edir ki, bu adamlar “iki gündən sonra buradan çıxarılıblar”.

Razılaşın ki, çox absurd situasiya yaranır və artıq dediyimiz kimi, general Volkovun cavabları yeni suallar yaradır:

1. Gələnlərin kimliyini arasdırdıqlarını deyən Volkov və onun əsgərləri bu şəxslərin kim olduğu və hansı sənədlərlə gəldiyini onları Azərbaycan ərazilərinə buraxmazdan əvvəl araşdırmalı deyilmi?

2. Əgər bu şəxslərin kimliyi haqda araşdırma gedirsə və hələ bu, aydınlaşmayıbsa, general Volkovda onlarin diversant yox, inşaatçı olması haqda bilgi haradan qaynaqlanır?

3. Söhbət adi “qastarbaytorlar”dan gedirsə, sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə hansı miqyaslı “tikinti” işləri gedir ki, İrandan dəstə-dəstə işçilər gəlir? Burada yaşayan erməni əhalisinin özü işsiz-gücsüz qaldığı halda, xaricdən “qastarbayterlər” burada nə işlə məşğul olurlar?

4. Söhbət adi inşaatçılardan gedirsə, İran artıq 5 gündür niyə susur?

5. Nəhayət, bu adamlar “adi mülki şəxslər”dirsə, onların gəlişi haqda faktlar üzə çıxandan dərhal sonra iranlılar ərazindən niyə çıxarılıb? Bizdə olan məlumata görə, noyabrın 24-də Xankəndinə buraxılan 14 nəfər İran vətəndaşı dekabrın 13-nə qədər burada qalmalı idilər. “Arsax” adlı qondarma “dövlətin” İran vətəndaşlarının pasportuna vurduğu “viza”larda (!) məhz bu tarix göstərilib (bax fotoya). “Adi inşaatçı” qrupun ifşası niyə sülhməramlıları belə təşvişə salıb ki, onlar tələsik buradan çıxarılıb?

Göründüyü kimi, nə bu suallara cavab var, nə də verilən “cavablar”da məntiq var. Və İran da, Rusiya sülhməramlıları da gec-tez məsələyə aydınlıq gətirməlidirlər. Hələliksə gəldiyimiz əsas nəticə birdir – rusiyalı sülhməramlılar ya öz missiyasını anlamır, ya da bunun öhdəsindən gələ bilmir. Bu faktın özü Azərbaycanın Rusiya sülhməramlıları ilə birgə onların müvəqqəti yerləşdikləri ərazilərdə nəzarət xidməti həyata keçirməsi məsələsini qaldırmaq üçün tam əsas verir.

DAHA ÇOX OXU

Dünya

ABŞ-dan Suriyadakı bazalarına yeni qüvvələr

26/01/2023 22:38
Cəmiyyət

“Çelsi” komandadan 4 ulduz futbolçunun göndəriləcəyini açıqlayıb

26/01/2023 22:16
Dünya

Nazir Çavuşoğlu: Üçtərəfli görüşün mənası yoxdur

26/01/2023 22:00
Dünya

Məşhur DJ-in cansız bədəni zibillikdəki çamadandan çıxdı – Evli sevgilisi saxlanıldı

26/01/2023 21:46
Dünya

Venesuela prezidenti Maduro Türkiyə nümayəndə heyətini qəbul edib

26/01/2023 21:34
export

Gizlincə izlədiyi həyat yoldaşını güllələdi – ANBAAN VİDEO

26/01/2023 21:22
SON XƏBƏR

"Böyük Turan” layihəsində yeganə maneə Ermənistandır”- Sabiq baş nazir

Sinan Akçıldan təəccüblü etiraf: “4 dəfə dini nikahım olub”

Yad təhdidlərə qarşı əhli-beyt mərkəzi- Şərqşünasdan təklif

Xəbər lenti

Zelenski “tank koalisiyası”na qoşulan ölkələrin sayını açıqlayıb

27/01/2023 05:01

ABŞ-dan Suriyadakı bazalarına yeni qüvvələr

26/01/2023 22:38

“Çelsi” komandadan 4 ulduz futbolçunun göndəriləcəyini açıqlayıb

26/01/2023 22:16

Nazir Çavuşoğlu: Üçtərəfli görüşün mənası yoxdur

26/01/2023 22:00

Məşhur DJ-in cansız bədəni zibillikdəki çamadandan çıxdı – Evli sevgilisi saxlanıldı

26/01/2023 21:46

Venesuela prezidenti Maduro Türkiyə nümayəndə heyətini qəbul edib

26/01/2023 21:34

Gizlincə izlədiyi həyat yoldaşını güllələdi – ANBAAN VİDEO

26/01/2023 21:22

Yanvar ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib

26/01/2023 21:15

Almaniyada daha bir rus agenti yaxalandı – Film kimi ƏMƏLİYYAT

26/01/2023 21:07

Sağlamlıq arayışı çox bahadır deyən deputata – TƏBİB-dən cavab

26/01/2023 21:00

İsrail qüvvələri qaçqın düşərgəsinə basqın edib: 4 fələstinli həyatını itirib

26/01/2023 20:45

“Toppuş bacı”nın ölümü ilə bağlı yeni iddia – VİDEO

26/01/2023 20:41

Laboratoriyada günəş alovu təcrübəsi

26/01/2023 20:30

Rusiya ordusunun Kiyevə hava zərbəsi: 1 ölü, 2 yaralı

26/01/2023 20:18

Aydın Caniyev həbs olundu

26/01/2023 20:04

Almaniyada hər dörd gəncdən biri yoxsulluq riski altındadır

26/01/2023 20:02

Prezident Laçın-Xankəndi yolundakı vəziyyətdən DANIŞDI

26/01/2023 19:18

Gömrük İdarəsində əməliyyatda saxlanılanların adları açıqlandı- Rəsmi

26/01/2023 19:16

Evdən qaçaraq sevgilisinin evinə sığınan gənc qızın acı sonu – VİDEO

26/01/2023 18:34

Açıq-saçıq fotolarına görə mühakimə olunan feomen məhkəməyə bu geyimdə gəldi – FOTOLAR

26/01/2023 18:29

“Squşonnı”nın bahalaşmasına RƏSMİ REAKSİYA

26/01/2023 18:04

Prezidentdən əfv fərmanı: Rəşad Dağlı azad olunacaq? – VİDEO

26/01/2023 17:54

Kreml Zelenskinin Putinlə bağlı açıqlamasına cavab verdi

26/01/2023 17:40

5 ulduz futbolçu “Mançester Siti”ni tərk edir – ADLAR

26/01/2023 16:41

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.