Çərşənbə axşamı, 31 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Tək səyahət edən, meşələrin içində gizlənmiş kəndləri kəşf edən azərbaycanlı xanımla MÜSAHİBƏ

TURAN
04/12/2022 15:12
48
BAXIŞ
FacebookTwitterTelegram

Onunla söhbət etmək maraqlıdır. Şirin təbəssümü adamı cəlb edir. Fikirlərini aydın izah edir, məntiqi güclü və inandırıcıdır. İnsanları həvəsləndirməyi, fikirlərinə ortaq etməyi bacarır. Yaxından ünsiyyət qurduğu insanlardan savayı sosial platformalarda paylaşımlarına “ürək” qoyan insanlar da saysız-hesabsızdır.

“Kaspi” qəzeti sosial platformalardan tanınan İradə Qədirovadan müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik:

– Sizi gah səyahətçi, gah bloqer, gah tarixçi, gah da fotoqraf kimi təqdim edirlər. Hansı daha çox fəaliyyətinizə uyğundur?

– Mən səyahət etdikcə özümdən də asılı olmadan bütün bunları fəaliyyətimdə birləşdirmişəm. Bloqer sözündən heç xoşum gəlmir. Müasir terminologiyada işlənən sözdür. Başı çıxan da, çıxmayan da özünü bloqer adlandırır. Mən artıq bu yarlığı özümə götürmürəm. “Səyahətçi-bloqer” anlayışı daha yaxşıdır, çünki əvvəlində “səyahət” sözü var. Mən səyahətlərimi eyni zamanda tarixçi ixtisasıma da yansıdıram. Səyahət etdiyim yerləri insanlara təkcə şəkil çəkməklə göstərmirəm, tarixdən də söhbət açıram. Ona görə bu fəaliyyətlərin birini digərindən ayırmaq olmur.

– Bu yaxınlarda Bakı Fotoqrafiya Evində təşkil olunan Pakistanla bağlı sərgi səyahət və incəsənət həvəskarlarının diqqətindən kənarda qalmadı. Sərginin ideyası necə yarandı?

– Bu sərgi təkcə Pakistanla bağlı deyildi. Mən tarix ixtisasını seçəndə dünyanı gəzmək, xalqların etnoqrafiyasını, yaşamlarını çəkib jurnallarda paylaşmaq kimi arzum vardı. O zaman sosial platformalar yox idi. Zaman irəlilədikcə həmin dərgiləri sosial şəbəkələr əvəzlədi. Bir müddət səyahətlərimə, çəkdiyim fotolara baxdım və “deyəsən, 2000-ci ildə qarşıma qoyduğum arzumu yaşayıram” – deyə içimdə bir qığılcım yarandı. Pakistan səyahəti məni bir növ silkələdi. Etnoqrafik xalqların yanında olunca, danışdıqlarını eşidincə ruhum bir növ intibah yaşayırdı. Əsl arzunu yaşamaq bu idi. Məndən kilometrlərlə uzaqda olan, hansısa dağın ətəyində yaşayan bir xalqla həm təmas qururam, həm yaşayışlarına bələd oluram, həm də səfərimdən zövq alıram… Səyahətə çıxmazdan qabaq bir növ özümə “bu səfər mənə nə verəcək” deyə sual verirəm. Məsələn, İrana gedəndə “olsun ki, oradan kitabla qayıdacam” deyə bilirdim. Əgər İrana sərgi düşüncəsi ilə getsəydim, özümlə kamera götürərdim, amma mobil telefon götürdüm. Çünki telefonla çəkilən fotolardan sərgi olmur. Pakistana gedəndə isə əvvəldən sərgi etmək niyyətimi bilirdim. Fotokameramı götürdüm və belə bir sərgi əmələ gəldi. Bu sərginin baş tutmasında Pakistanın ölkəmizdəki səfirinin də böyük payı var. Pakistan mənim 10 illik arzum idi. Turist vizasının verilməsi çətin idi. Deyirdilər, qadınlara viza verilmir. Bu ilin mart ayında Pakistanla birbaşa reyslər həyata keçirilməyə başladı. Bu, ad günümə təsadüf etdi. “Bu, Pakistanın mənə hədiyyəsidir, deyəsən, bu il səfərim baş tutacaq”- deyə düşündüm. Pakistan elə bir ölkədir ki, bir balaca sevgi verirsən, sənə daha böyük sevgi ilə geri qayıdır. Bunu orada hiss etdim. Ona görə qürur hissi keçirirəm ki, ilk sərgim məhz Pakistanla bağlı oldu. Sərgiyə gələn ziyarətçilər “Sayənizdə Pakistanı tanıdıq” dedilər. Sərgiyə baş çəkənlər o abı-havaya büründülər. Əgər ziyarətçilər bu şəkillərə baxıb Pakistana getmək istəyirlərsə, demək, mən qarşıma qoyduğum missiyanı həyata keçirə bilmişəm.

– Səyahətlərin zamanı insanlara vermək istədiyiniz mesaj nədir?

– Bizim insanlarda bir xüsusiyyət var: görmədikləri yerlər haqqında bəzən mənfi danışmağı xoşlayırlar. Fikrimcə, bir yer haqqında müzakirə açmazdan əvvəl onun haqqında oxumaq lazımdır. Təkcə bir hissəni görüb “Şəhər pis gündədir” və ya kasıb insan görüb “Ölkə kasıb vəziyyətdədir” fikrini söyləmək düzgün deyil. Ümumiyyətlə, məncə, ölkə kasıbdırsa, “ora getməyim, varlı ölkəyə gedim” demək yanlışdır. Mən getdiyim yerləri özüm üçün kəşf edirəm, o şəkildə də insanlara ötürməyə çalışıram. Onlar bu mesajı alırlarsa, çox məmnun oluram. Mənim fikrimcə, səyahət zamanı komfort zonadan çıxmaq lazımdır. Mənim hafizəmdə ən gözəl qalan ölkələr məhz komfort zonamı tərk etməyə məcbur edən ölkələr olub. Çünki nə qədər çətinlik aşırsansa, bir o qədər o ölkənin ruhuna toxunursan və sənin yaddaşında əbədi ilişib qalır. Belə bir məsəl var: yola çıxan adamla yoldan qayıdan adam eyni deyil. Demək ki, o ölkə bizə nəyisə öyrədir, bizdə nəyisə dəyişdirir.

– İrandan gələndən sonra “Əfşan” kitabı yarandı. Təəssüratlar çoxmu zəngin idi?

– Yanında duyğularını, emosiyalarını bölüşən bir adam olmayanda özünlə baş-başa qalırsan. Əmin idim ki, bu hisslər sonda bir vərəqə köçürüləcək. Bizdən çox şey var o coğrafiyada. İstər soydaşlarımız olsun, istərsə də böyük kilometrlərə “səpələnmiş” mədəni irs olsun. Nəticədə “Əfşan” yarandı. Bilirsinizmi, bu, bilərəkdən bir seçim olmur. Elə bil səfər öncəsi bir çağırış gəlir və bu hissi izah edə bilmirsən. Mənim üçün Hindistan söhbəti hələ bitməyib. O ölkə mənim üçün tam bir atlasdır. Çünki sırf Kəşmir adına Hindistana yenidən qayıdacam.

– Azərbaycanla bağlı regionlarımıza ünvanlanan layihə həyata keçirirsiniz. Daxili turizmə maraq yüksəkdirmi?

– 2016-ci ildən gənc qız və qadınlarla hikinq-eko marşrutlara çıxdım. Qruplarda çoxu xaricilər idi. İndi isə baxıb görürsən ki, insanlar bazar gününü təkcə kafe və restoranlarda keçirmirlər, təbiətə axışırlar. Mən öz səyahətlərim zamanı ənənəvi marşrutlardan çıxıram. Dağlarda gizlənən kəndləri kəşf etməyi xoşlayıram. Astaranın Sım kəndinə mənə qədər gedənlər vardı. Amma təqdimatdan çox şey asılıdır. Keçən il fotolarla danışan təqdimatımdan sonra Sım turistik destinasiyalardan birinə çevrilib. İndi Sımda heç bir yer kəşf etməsəm belə, mental durumumu qaydaya salmaq, iki günlük sakitlik üçün yenə də ora üz tuturam.

– Ölkəmizin əl-ayaq dəyməmiş yerləri, dağ və meşələrində gizlənən kəndləri çoxdurmu?

– Çoxdur… Desəm ki, mən bütün Azərbaycanı kəşf etmişəm, düzgün olmaz. Qarabağ təzə işğaldan azad olub. Bu bölgəni gəzib görəcəyik. Məndə tərəkəmə ruhu var. Aşağıda Ağcabədi var. Orda şahsevənlər yaşayır. Elə kəndlər turistik kəndlərə çevrilməyəcək, çünki onlar artıq Azərbaycanın etnoqrafik xəritəsidir. Lakin cənubda meşələrin içində gizlənmiş kəndlər var. Vaxt elədikcə həmin kəndlərə getmək istəyirəm.

– Təcrübənizdən çıxış edərək tək səyahət etməklə, qrup halında səfər etməyin üstünlükləri və mənfi tərəfləri nədir?

– Məsələn, dağ zirvələri olsa, bu yürüşlərə tək getmərəm. Çünki bu marşrutlarda bələdçiyə böyük ehtiyac var. Belə səfərlərə qrup halında getməyin böyük üstünlüyü var. Həm yeməyi bölüşürsən, həm kiminsə başına bir iş gəlsə, tək olmur. Bəzən hiking səyahətlərə qrupla getmək məni geri salır. Çünki qrupda olan insanların hamısının səyahət anlayışı eyni olmur. Məsələn, mən səyahət ərzində bir neçə yer görmək istəyirəm, amma kimsə bir yerlə kifayətlənmək istəyər, fiziki imkanları yol verməz və s. Ya o mənim enerjimə, ya da mən onun enerjisinə tabe olmalıyıq. Ancaq bu, məni geri salacaq. Nəticədə, mənim seçimim növbəti səfərimə tək çıxmaq olacaq. Əgər planım layihə şəklindədirsə, məsələn, kənd qadınlarının həyatını işləyəcəyəmsə, o səfərə qrup halında çıxmaq qeyri-mümkündür. Bunların heç biri dincəlmək xarakterli turlar deyil. Mən öz qarşıma ev tapşırığı qoyub çıxıram ki, qayıdandan sonra hansısa bir reportajı hazırlayım. Fərqli enerjili insanların bir qrupda olması bir-birinə maneədir.

– Səyahət etdiyiniz ölkələrin coğrafiyası genişdirmi?

– Elə bir siyahım yoxdur, 15-ə yaxın ölkədir. Elə ölkə var ki, orda 8 dəfə və ya bir ölkədə 2-3 dəfə olmuşam. Kəmiyyət dalınca qaçsam, 30 ölkə edir. Bir həftə ərzində 5 ölkə gəzmək kimi səyahətlərin əleyhinəyəm. Mənimçün bir ölkə bir şəhər demək deyil. Bu yolla kəmiyyəti artırmağın da əleyhinəyəm. Mən kəşf eləməyi xoşlayıram. Bu səpkili xarici vətəndaş olsam, Azərbaycana gəlib təkcə Bakı ilə kifayətlənmərəm və demərəm ki, Azərbaycanda olmuşam. Paytaxtda olmaq bir ölkədə tam olmaq demək deyil. İnsanların fərdi yanaşmından çox şey asılıdır. Seçim məsələsidir, kim necə istəyir, elə də gəzir. Mənə bu gün şans versələr ki, ya Fransaya, ya Hindistana get, yenə Hindistana gedərəm. Orda məni cəlb edən mövzular var. İçimdə Şərqin səsi var, onları işləməyə gedərəm. İndiki enerjimə bu ölkələr daha çox uyğun olduğundan seçimimi belə edirəm.

– Özünüz də turlar təşkil edirsiniz. Bu turların özəlliyi nədir? Yəni sizə qoşulacaq turistə nə vəd edirsiniz?

– Mənlə səyahətə çıxanın tarixə həvəsi olmalıdır. İnsan özü baxır və “İradə xanım, mən sizlə gəzmək istəyirəm” deyir. O bilir ki, mənim yanımda olsa, ona bu məlumatları verəcəyəm. Məsələn, Pakistan sərgisini ziyarətə gələnlər təkcə şəkillərə baxmadılar. Hər şəklin arxasında bir hekayə gizlənirdi. Biz onlara hər şəkil haqqında məlumat verirdik. Eləcə də, “Sultan Əhməd” məscidindən danışanda onun arxasında yatmış başqa bir hekayə danışacam. İnsan başa düşməlidir ki, bu hər hansı turizm agentliyinin yox, İradə Qədirovanın turudur. Mənlə gəlsələr, instaqramda bu gün hansı təqdimatı görürlərsə, onu canlı şəkildə yaşayacaqlar.

– Müasir dünyada insanlar səyahət etməyi xoşlayır. Hətta son qəpiklərini də səfərlərə xərcləyənlər var. Müşahidələriniz nə göstərir, bizim insanlar bu siyahıda hansı yeri tuturlar?

– Faiz nisbəti ilə bizim insanlar da səyahəti sevir. Amma komfort səyahəti sevənlər daha çoxdur. Aktiv gəzməyə, səyahətə və kəşf etməyə cavanlar arasında az-az rast gəlinir. İnsanlarımız pul xərcləməyi xoşlayırlar, amma daha rahat səyahət istəyirlər. Haradasa dəniz sahilində dincəlsinlər, şəhəri görsünlər – bu, onlara bəs edir. Əgər azərbaycanlı bir turistə 5 gün ya Antalya, ya Şanlı Urfa, Mardin və ya Antakiyaya səyahət şansı buraxsanız, çoxu dəniz sahilində dincəlməyə üstünlük verəcək. Amma Türkiyənin özündə sivilizasiyalar yatıb. Qərbi şərqindən, şərqi cənub-şərqindən fərqli… Mənə gizlənmiş yerləri tapmaq daha maraqlıdır.

– Səyahət etməyin üstünlüyü nədir?

– Bu, insanın öz ruhu üçün önəmlidir. Hər bir səyahət, hər bir yol insanın yenidən dirçəlməsinə və fərəhlənməsinə gətirib çıxarır. Bu, startdır. Elə bil yorulursan, yenidən özünə qayıdırsan…

DAHA ÇOX OXU

1-MANŞET

Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətləri ARTIRILDI

31/01/2023 18:37
export

22 yaşlı gənc asılmış vəziyyətdə tapıldı – Son paylaşımı ürəkləri dağladı – FOTO

31/01/2023 18:08
1-MANŞET

İlham Əliyev terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunu təsdiqlədi

31/01/2023 17:47
1-MANŞET

İlham Əliyev Naxçıvanın prokurorunu vəzifəsindən azad etdi

31/01/2023 17:44
export

Əvəz Zeynallı DTX-nin təcridxanasından köçürüldü

31/01/2023 17:25
export

“Pozğun rollarım olub, amma öpüşməmişik, heç qucaqlaşmamışıq da…”

31/01/2023 17:23
SON XƏBƏR

Sumqayıtda iki azyaşlı yanaraq ölüb

DİN-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ - Bunları etməyin!

16 yaşlı Turanı öldürən Ruslanın atası danışdı: Mən balamı...- VİDEO

Xəbər lenti

Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətləri ARTIRILDI

31/01/2023 18:37

22 yaşlı gənc asılmış vəziyyətdə tapıldı – Son paylaşımı ürəkləri dağladı – FOTO

31/01/2023 18:08

İlham Əliyev terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunu təsdiqlədi

31/01/2023 17:47

İlham Əliyev Naxçıvanın prokurorunu vəzifəsindən azad etdi

31/01/2023 17:44

Səmada ortaya çıxan müəmmalı görüntü insanları HEYRƏTLƏNDİRDİ – FOTO

31/01/2023 17:37

Əvəz Zeynallı DTX-nin təcridxanasından köçürüldü

31/01/2023 17:25

“Pozğun rollarım olub, amma öpüşməmişik, heç qucaqlaşmamışıq da…”

31/01/2023 17:23

Pərvin Abıyevanın yarıçılpaq görüntüləri yayılıb (18+)

31/01/2023 17:21

İctimai nəqliyyatda yeni tariflər- CƏDVƏL

31/01/2023 17:05

Sabirabadlı gəlinin müəmmalı ölümü: Bağlanan iş yenidən açıldı – VİDEO

31/01/2023 16:43

Mənfi düşüncə depressiyanı artırır

31/01/2023 16:34

Tarif Şurası dərmanları da BAHALAŞDIRDI

31/01/2023 16:30

Metro və marşrut avtobuslarında gediş haqqı ARTIRILDI

31/01/2023 16:06

Dəhşətli cinayətin təfərrüatı: “WhatsApp”da arvadı ilə taksi sürücüsünün şəklini görübmüş

31/01/2023 15:53

Müğənni Nəfəsdən ŞOK AÇIQLAMA: “Əgər xanım tək yaşayırsa…” – VİDEO

31/01/2023 15:45

Yaşar Yusub Ajda Pekkanla eyni səhnədə – Video

31/01/2023 15:42

​“Qarabağ”ın bu il avrokuboklardan qazandığı ŞOK MƏBLƏĞ

31/01/2023 15:40

Azərbaycana sızan 3500 İran agenti: Yerli qadınlarla niyə evləniblər? – Hüseynzadə ilə bağlı şok faktlar

31/01/2023 15:32

Saakaşvili reanimasiyaya yerləşdirilir

31/01/2023 15:16

Rəhim Rəhimlinin qardaşına qarşı külli miqdarda dələduzluq

31/01/2023 15:13

Bakıda İran casuslarına qarşı xüsusi əməliyyat – İki media qurumunda axtarış, saxlananlar var

31/01/2023 15:03

“Qarabağ”ın yeni transferi “Gent”lə oyunda iştirak edə bilməyəcək – SƏBƏB

31/01/2023 14:51

Kəndə gedənlərə təyinat və yüksək maaş veriləcək?

31/01/2023 14:50

Valideynlər sabah övladlarını məktəbə göndərsinlər? – Nazirlikdən virusla bağlı ÇAĞIRIŞ

31/01/2023 14:48

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.