Bazar, 5 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Şağanda qisas cinayəti: “Dedim, atma, dördüncü atəşi də açdı…” – ŞOK DETALLAR

TURAN
04/12/2022 15:39
134
BAXIŞ
FacebookTwitterTelegram

Bakının Xəzər rayonunda 1995-ci il təvəllüdlü Elçin şəxsi münasibətlər zəminində münaqişə zamanı tanışı Elvini (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

Medianews.az teleqraf.com-a istinadən bildirir ki, Elçin 2010-cu ildə böyük qardaşı Vəlini öldürmüş Elvinin cəzasını çəkərək azadlığa çıxmasından sonra ondan qisas almaq məqsədilə öldürmək qərarına gəlib. Ov tüfəngi əldə edən Elçin niyyətini həyata keçirmək üçün əlverişli məqam gözləyib.

İttihama görə, o, Elvinin yaşadığı yerin yaxınlığındakı yas mərasimində olduğunu görüb, avtomobili ilə yaşadığı evə gedib və ov tüfəngini götürərək atəşə hazır vəziyyətə gətirib.

Daha sonra yas mərasiminin yaxınlığına qayıdıb, Elvinin Şağan qəsəbəsi, Qazmaçılar küçəsindəki evinə doğru piyada getdiyini görüb. O, yaşadığı evinə yaxınlaşan Elvinin maşınla qarşısını kəsib. Aşağı düşüb və Elvinə dörd dəfə atəş açıb.

Xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün Elvinin həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Elçinin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlham Mahmudovun sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Elvini uşaq vaxtlarından tanıyır: “Elvin mərhum qardaşım Vəli ilə dost idi. O, qardaşımdan 10-12 yaş böyükdür, kənd adamları kimi bir-biri ilə münasibətləri yaxşı idi. Sonradan münasibətləri pozuldu. 2010-cu ildə Elvin bıçaqla Vəliyə çoxsaylı xəsarətlər yetirdi və qardaşım bıçaq zərbələrindən xəstəxanada öldü.

Qardaşımı öldürdüyünə görə Elvin doqquz il azadlıqdan məhrum edildi. Bir il əvvəl Elvin azadlığa çıxdı. Azadlığa çıxdıqdan sonra Elvini bir neçə dəfə digər şəxslərin yanında gördüm. Ondan qisas almaq niyyətinə gəldim. Belə bir niyyətimin barədə də heç kimə bir söz deməmişəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2019-cu ilin mayında özünə 12 kalibrli, “Özkan-arms” markalı ov silahı alıb və həmin silaha dair ona Daxili İşlər Nazirliyindən sənəd verilib: “Silahı əvvəlcə ov məqsədi ilə almışdım. Çünki ovçuluğa marağım vardı. Həmçinin, silahı alarkən Elvini öldürməyi də düşünürdüm. Silahdan arada bir həyətdə quş vurmaq üçün istifadə etmişəm”.

Elcinin ifadəsinə görə, özünə məxsus “VAZ 2106” markalı avtomaşınla kəndin içində hərəkət edərkən Elvini yaxınlıqdakı yas mərasimində görüb: “Oradan evə getdim. Silahı qutuda qalan dörd patronla dolduraraq evdən çıxdım. Qardaşım Anar evdə yatmışdı, anam isə mətbəxdə idi, onlar mənim evdən silahla çıxdığımı görmədilər.

Maşınla yas mərasiminin yaxın olduğu yerə gəldim. Bir müddət sonra Elvinin evinə doğru dalan istiqamətində getdiyini gördüm. Onun arxasınca düşdüm. Maşının sürətinı artıraraq qəflətən Elvinin qabağını kəsdim. Maşından düşdüm, bu zaman Elvin evlərinə tərəf qaçmağa başladı. Silahı götürərək maşından çıxdım və onun arxasınca qaçdım. İki dəfə ardıcıl atəş açdım. Ancaq heç biri Elvinə dəymədi.

Elvin artıq dalana dönmüşdü və evlərinə təxminən 30-40 metr məsafə qalmışdı. Həmin dalana çatan kimi nişan alaraq 3-cü atəşi açdım. Atəş zərbəsinin Elvinin harasına dəydiyini görə bilmədim. Ancaq dəydiyini anladım. Çünki həmin an Elvin qışqırmağa başladı. İlk öncə hasara sürtündü, sonra isə arxası üstə yerə yıxıldı. Yerdə olarkən Eıvin “gəl söhbət edək, belə hərəkət etmə” ifadələrini işlətdi. Ancaq ona qulaq asmadan dördüncü və sonuncu atəşi açdım. Atəşin Elvinə dəyib-dəymədiyini bilmədim. Elvinin səsi kəsildi. Onun öldüyünü düşündüm.

Dərhal maşınıma oturub evə qayıtdım. Anam və qardaşıma hadisəni danışdım. Təxminən 5-10 dəqiqə sonra həyətimizə polis əməkdaşı gəldi. Törətdiyim cinayəti etiraf etdim, silahı polis əməkdaşına təhvil verdim. Məni 1-ci polis şöbəsinə apardılar”.

Elcin bildirib ki, Elvinə öldürmək niyyəti ilə atəş açıb, ancaq şöbədə olarkən onun ölmədiyini və xəstəxanada olduğunu eşidib.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Elvinin sözlərinə görə, Elçinin böyük qardaşı Vəli ilə kənd adamı kimi münasibətləri olub: “Ancaq sonradan münasibətlərimiz pozuldu. Çünki Vəli sanki hər bir məsələni kənddə nəzarətdə saxlamağa çalışırdı, mən də Vəliyə düzgün hərəkət etmədiyini dedikdə, məni döydü. Ancaq heç bir yerə şikayət etmədim.

Təxminən 2 ay sonra Vəlidən məni döyməsinin səbəbini aydınlaşdırmaq üçün onunla görüşən zaman düzgün hərəkət etdiyini bildirdi. Mübahisə zamanı əsəbləşdiyimdən üzərimdə olan açılıb qatlanan bıçaqla Vəlini qətlə yetirdim. Həmin cinayət hadisəsinə görə doqquz il cəzaya məhkum olundum”.

Zərərçəkmiş bildirib ki, 2019-cu il tarixdə azadlığa çıxıb: “Evə qayıtdıqdan sonra demək olar ki, heç bir yerə çıxmırdım. Vəlinin ailəsi məndən qisas alacaq deyə atam evdən çıxmağıma icazə vermirdi.

Hadisə günü saat 15 radələrində qonşuluqda olan yas mərasimindən yaşadığım evə doğru gəlirdim. Qəflətən qarşımdan “VAZ 2106″ markalı avtomaşın keçdi və mənim sağ tərəfimdə saxladı. Maşından cavan oğlan düşdü, əlində odlu silah vardı. O, silahı mənə tərəf doğruldaraq atəş açdı. Ancaq mənə dəymədi. Artıq dalana çatmışdım və dərhal ev istiqamətində qaçmağa başladım. Həmin şəxs heç nə demədi, sadəcə qışqırdı və ikinci atəşi açdı. Ancaq o da dəymədi.

Evə doğru 5-6 metr irəlilədikdən sonra üçüncü atəşi açıldı. Hər iki ayağımın yuxarı nahiyələrindən yaralandım. Atəş zərbəsindən ilk olaraq hasara sürtündüm, sonra isə arxası üstə yerə yıxıldım”.

Elvinin ifadəsinə görə, atəş açan şəxsə belə hərəkət etməməyi desə də, o, dördüncü atəşi açıb: “Güllənin başımın üstündən keçdiyini hiss etdim. Bir neçə saniyə səssiz qaldıqdan sonra yerdə ağrıdan qışqırmağa başladım. Qışqırıq səsimə atam və qonşularımız gəldilər. Məni xəstəxanaya apardılar”.

Zərərçəkmiş qeyd edib ki, ona atəş açanın Vəlinin kiçik qardaşı Elçinin olduğunu eşidib: “Elçini uşaq yaşlarında görmüşdüm. Azadlığa çıxdıqdan sonra görmədiyim üçün hadisə vaxtı onu tanımamışam”.

Elçin 10 il müddətinə azadlıqdan məhrum edilib.

DAHA ÇOX OXU

export

Qusarda 94 yaşlı qadın özünü asaraq İNTİHAR ETDİ

05/02/2023 01:14
export

ABŞ Çinin hava şarını belə vurdu – ANBAAN VİDEO

05/02/2023 01:14
export

Azərbaycanlı gənc 145 min manatlıq təqaüdü necə alıb? – MÜSAHİBƏ

05/02/2023 00:50
Cəmiyyət

Azərbaycanlı uşaqlar Londondakı məktəbdə görün nələr öyrənirlər? – VİDEO

05/02/2023 00:48
export

Fotoqraf saxlanıldı – Rəsmi açıqlama

05/02/2023 00:43
export

Güneyli aktyorlar Xoydakı uşaqlara dəstək olurlar – VİDEO

05/02/2023 00:40
SON XƏBƏR

Kral III Çarlz şahzadə Harri və Meqan Marklı cəzalandıracaq

“Sevda ilə evlənəndən sonra 10 gündən bir saçımı kəsdirirəm“

Türkiyədə TV-də ilk dəfə bu qədər açıq səhnə yayımlandı - Qalmaqallı vanna kadrları - FOTO

Xəbər lenti

Qusarda 94 yaşlı qadın özünü asaraq İNTİHAR ETDİ

05/02/2023 01:14

ABŞ Çinin hava şarını belə vurdu – ANBAAN VİDEO

05/02/2023 01:14

Azərbaycanlı gənc 145 min manatlıq təqaüdü necə alıb? – MÜSAHİBƏ

05/02/2023 00:50

Azərbaycanlı uşaqlar Londondakı məktəbdə görün nələr öyrənirlər? – VİDEO

05/02/2023 00:48

Fotoqraf saxlanıldı – Rəsmi açıqlama

05/02/2023 00:43

Güneyli aktyorlar Xoydakı uşaqlara dəstək olurlar – VİDEO

05/02/2023 00:40

Azərbaycan güləşçisi Xorvatiyada beynəlxalq turnirdə qızıl medal qazanıb – FOTO

05/02/2023 00:34

Sərxoş halda avtomobil idarə edən şəxs həbs olunub

04/02/2023 23:13

DİN-dən Çimnaz Sultanova ilə bağlı açıqlama

04/02/2023 21:13

Xoşqədəm Mahirə Quliyevanın ölüm xəbərinə efirdə ağladı – VİDEO

04/02/2023 21:04

“Varlığı ilə yoxluğu bilinmir” – Aktyordan Nazirliklə bağlı tənqidi status

04/02/2023 20:55

Bakı bulvarında qadın meyiti tapıldı

04/02/2023 20:46

Azərbaycanda yeni cərimələr olacaq – 550 – 1500 AZN

04/02/2023 20:37

Bakıda boşanmaq üçün məhkəməyə gedən qadın məmurdan hamilə qaldı

04/02/2023 20:28

Emrahın gəlini ilə bağlı YENİ MƏLUMAT: Zaqataladandır… – FOTOLAR

04/02/2023 20:19

Ramiz Mehdiyev onları villasına buraxmadığına görə 16 min manat ödəməli olacaq – DETALLAR

04/02/2023 20:10

Ronaldonun sevgilisi bu səbəbdən cərimələnə bilər

04/02/2023 20:03

İşgəncələrə görə xəstəxanaya düşmüş zəncanlı qadın fəal həbs edildi – FOTO

04/02/2023 19:26

Afaq Gəncəli 13 kiloqram arıqlayıb BELƏ OLDU

04/02/2023 19:04

Bakıda məşhur deputatın bahalı maşını xarab olub yolda qaldı – FOTOLAR

04/02/2023 18:57

Qardaş bacısını qətlə yetirdi – Azərbaycanda qanlı cinayət

04/02/2023 18:55

Əməkdar artist: “Həyat yoldaşım dedi ki, sənə görə onu vuracam” – VİDEO

04/02/2023 17:58

Azərbaycanda ata qızlarına işgəncə verdi – FOTO

04/02/2023 17:50

Azərbaycanda nə qədər qızıl istehsal edilib?

04/02/2023 17:35

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.