Çərşənbə axşamı, 31 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Gecə idman zalında qadın sevgilisini bıçaqladı: “Məni qucaqladı ki…” – Bakıda ŞOK

TURAN
04/12/2022 15:28
92
BAXIŞ
FacebookTwitterTelegram

Bakının Nəsimi rayonunda 1977-ci il təvəllüdlü Samirə şəxsi münasibətlər zəminində sevgilisi Seymuru (adlar şərti verilib – red.) bıçaqlayıb.

Medianews.az Teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən il dekabrın 6-da, gecə saat 00.40-də “Oscar” idman zalının istirahət otağında baş verib. Samirə qısqanclıq zəminində mübahisə zamanı Seymura bıçaqla xəsarət yetirib.

Samirənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Samirə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, övladları ilə birlikdə kirayədə yaşayır: “1994-cü ildə Sadiq adlı şəxslə ailə həyatı qurmuşam. Bu nikahdan Valeh və Şirvan adlı iki övladım olub. 2013-cü ildə rəsmi şəkildə Sadiqdən boşandım. Boşanma ərəfəsində biz, yəni iki övladım və keçmiş həyat yoldaşımla birlikdə Moskva şəhərində yaşamışıq. Son 2 ildə Bakıda övladlarımla birlikdə yaşayıram. Ailəmi dolandırmaq üçün yaşadığım yerə yaxın ərazidə, “Memar Əcəmi” metrostansiyasi yaxınlığında yerləşən “Əcəmi pub” kafesində xidmətçi vəzifəsində çalışmışam.

Həmin kafedə işlədiyim müddətdə bu iş üzrə zərərçəkmiş Seymurla tanış olmuşam. Seymur mənə və övladlarıma maddi cəhətdən kömək edib. Daha sonra onunla dost olmuşam, get-gedə münasibətlərimiz daha da yaxınlaşdı və artıq qeyri-rəsmi ər-arvad kimi yaşamağa başladıq”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Seymur həmçinin onun yaşadığı evə gəlib: “Övladlarım da bizim münasibətlərimizi bilib. Bu məsələyə normal yanaşıblar. Seymur rəsmi şəkildə evli idi, iki övladı olsa da, ailəsi ilə yox, mənimlə birlikdə yaşayırdı”.

Samirə qeyd edib ki, hadisədən 15 gün qabaq Seymur onların kirayə yaşadıqları evə yaxın ərazidə “Oscar” idman zalını icarəyə götürərək işlədib: “Seymur hər axşam işlədiyim “Əcəmi pub” kafesinə gəlir və birlikdə həmin zala gedirdik. Seymurla birlikdə həmin zalda yerləşən otaqda gecələyirdik. Lakin Seymur məni hər şeyə görə qısqanırdı, işdən gec çıxdıqda deyinirdi”.

Samirə bildirib ki, həmişəki kimi dekabrın 5-də yenə də saat 23.55-də işdən çıxaraq Seymurla birlikdə onun işlətdiyi idman zalına gediblər: “Bu zaman zalda idman edən iki nəfər vardı. Seymurla zalda yerləşən içəri otağa keçdik. Mənə yenə qısqanclıq zəminində suallar verməyə başladı. Mənə dırnaqlarımın niyə boyalı olduğunu, işdən niyə gec çıxdığımı və bu hərəkətlərimin nə qədər davam edəcəyini bildirdi, üz nahiyəmdən şillə ilə və daha sonra təpiklə qoluma vurdu.

Seymurun tələblərinə əməl edəcəyimə söz verdim. Həmin söhbət zamanı otağın pəncərəsinin çərçivəsində bıçaq gözümə dəydi.

Seymurun şillə ilə vurması məndə əsəb yaratdığından bıçağı götürdüm və Seymuru qorxutmaq istədim. Bu zaman Seymur məni bərk qucaqladı. Ondan məni buraxmasını istədim. Lakin məni buraxmadı. Güc tətbiq edərək çıxmaq istəyərkən həmin bıçağı sağ əlimlə götürdüm, Seymurun kürək nahiyəsindən bir dəfə vurdum. Binaya rəhbərlik edən Sahibə zəng vurdum, ondan kömək istədim”.

Samirə deyib ki, 3-4 dəqiqədən sonra küçəyə çıxıb və Sahibi qarşılayaraq zala gətirib: “Seymur Sahibə mənim bıçaqladığımı bildirmədi. Sahibdən onu Təcili tibbi yardıma çatdırmasını xahiş etdi. Təqribən 20-30 dəqiqədən sonra təcili yardım avtomobili gəldi. Seymuru təcili yardım maşınına mindirərək xəstəxanaya apardıq. Orada Seymuru əməliyyat etdilər”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə Samirənin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Samirə 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza alıb.

DAHA ÇOX OXU

export

22 yaşlı gənc asılmış vəziyyətdə tapıldı – Son paylaşımı ürəkləri dağladı – FOTO

31/01/2023 18:08
1-MANŞET

İlham Əliyev terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunu təsdiqlədi

31/01/2023 17:47
1-MANŞET

İlham Əliyev Naxçıvanın prokurorunu vəzifəsindən azad etdi

31/01/2023 17:44
export

Əvəz Zeynallı DTX-nin təcridxanasından köçürüldü

31/01/2023 17:25
export

“Pozğun rollarım olub, amma öpüşməmişik, heç qucaqlaşmamışıq da…”

31/01/2023 17:23
export

Pərvin Abıyevanın yarıçılpaq görüntüləri yayılıb (18+)

31/01/2023 17:21
SON XƏBƏR

Əlisa Nicat həyatda etdiyi böyük səhvlərdən DANIŞDI - VİDEO

Nəfəs toya görün neçəyə gedirmiş - ÖZÜ AÇIQLADI

Şağanda qisas cinayəti: "Dedim, atma, dördüncü atəşi də açdı..." - ŞOK DETALLAR

Xəbər lenti

22 yaşlı gənc asılmış vəziyyətdə tapıldı – Son paylaşımı ürəkləri dağladı – FOTO

31/01/2023 18:08

İlham Əliyev terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunu təsdiqlədi

31/01/2023 17:47

İlham Əliyev Naxçıvanın prokurorunu vəzifəsindən azad etdi

31/01/2023 17:44

Səmada ortaya çıxan müəmmalı görüntü insanları HEYRƏTLƏNDİRDİ – FOTO

31/01/2023 17:37

Əvəz Zeynallı DTX-nin təcridxanasından köçürüldü

31/01/2023 17:25

“Pozğun rollarım olub, amma öpüşməmişik, heç qucaqlaşmamışıq da…”

31/01/2023 17:23

Pərvin Abıyevanın yarıçılpaq görüntüləri yayılıb (18+)

31/01/2023 17:21

İctimai nəqliyyatda yeni tariflər- CƏDVƏL

31/01/2023 17:05

Sabirabadlı gəlinin müəmmalı ölümü: Bağlanan iş yenidən açıldı – VİDEO

31/01/2023 16:43

Mənfi düşüncə depressiyanı artırır

31/01/2023 16:34

Tarif Şurası dərmanları da BAHALAŞDIRDI

31/01/2023 16:30

Metro və marşrut avtobuslarında gediş haqqı ARTIRILDI

31/01/2023 16:06

Dəhşətli cinayətin təfərrüatı: “WhatsApp”da arvadı ilə taksi sürücüsünün şəklini görübmüş

31/01/2023 15:53

Müğənni Nəfəsdən ŞOK AÇIQLAMA: “Əgər xanım tək yaşayırsa…” – VİDEO

31/01/2023 15:45

Yaşar Yusub Ajda Pekkanla eyni səhnədə – Video

31/01/2023 15:42

​“Qarabağ”ın bu il avrokuboklardan qazandığı ŞOK MƏBLƏĞ

31/01/2023 15:40

Azərbaycana sızan 3500 İran agenti: Yerli qadınlarla niyə evləniblər? – Hüseynzadə ilə bağlı şok faktlar

31/01/2023 15:32

Saakaşvili reanimasiyaya yerləşdirilir

31/01/2023 15:16

Rəhim Rəhimlinin qardaşına qarşı külli miqdarda dələduzluq

31/01/2023 15:13

Bakıda İran casuslarına qarşı xüsusi əməliyyat – İki media qurumunda axtarış, saxlananlar var

31/01/2023 15:03

“Qarabağ”ın yeni transferi “Gent”lə oyunda iştirak edə bilməyəcək – SƏBƏB

31/01/2023 14:51

Kəndə gedənlərə təyinat və yüksək maaş veriləcək?

31/01/2023 14:50

Valideynlər sabah övladlarını məktəbə göndərsinlər? – Nazirlikdən virusla bağlı ÇAĞIRIŞ

31/01/2023 14:48

Azərbaycanda bu balığın bir kilosu 120 manata satılır

31/01/2023 14:46

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.