Cümə, 27 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
 
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Çingiz Abdullayevdən 203 min manatla bağlı daha bir – Açıqlama

XƏYALƏ
03/12/2022 12:32
63
BAXIŞ
FacebookTwitterTelegram
 

Xalq yazıçısı Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin qurultayının keçirilməsi üçün dövlət tərəfindən ayrılmış 203 min manatın nəyə xərcləndiyinə növbəti dəfə aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Poqovorim?” yutub podkastında danışıb.

O, qurultaya xərclənən məbləğin 203 min deyil, 2 dəfə çox olduğunu bildirib: “Birincisi, qonaqlar gəlir. Onların biletini almaq lazımdır. Biletlər çox bahalaşıb. İkincisi, qonaqlar mehmanxanada qalır. Onun ödənişini etmək lazımdır. Üçüncüsü, zalın icarəpulu var. 4 minə başa gəlmişdi. Dördüncüsü, hər gün qonaqlara yemək vermişik. Təşkil etdiyimiz banketin qonaqları arasında çox tanınmış insanlar, o cümlədən Türkiyə və Rusiyanın keçmiş mədəniyyət nazirləri var idi. Beşincisi, biz kofe-breyk təşkil etmişdik. Yazılar çıxdı ki, kofe-breykin adambaşına qiyməti 10 manatdır. Bu, doğru deyil. Orada müxtəlif şirniyyatlar və s. var idi. Tək kofe-breykə 9 minə yaxın pul xərcləmişdik. 420-430 qonaq var idi.

Qurultaya qədər kitablar nəşr etmişdik. Bəzi tədbirlər qurultaydan sonra da davam edib. Bütün bunlar da o pulun hesabına idi. Ən əsası isə heç kimin bilmədiyi bir şey var idi. Məsələ burasındadır ki, biz pul istəyəndə əvvəlcə “smeta”nı istədilər və “smeta”nı qurultaydan əvvəl 1 ay ərzində yoxlayırdılar. Yoxlama Prezident Aparatı tərəfindən aparılırdı. Son manatadək yoxlayıblar və “smeta”nı azaldıblar. Və bu, jurnalistlərin bildiyi rəqəm deyil, daha çox, 2 dəfə çox məbləğ idi. Qat-qat çox xərcləmişik. Şoka düşməyin, amma Yazıçılar Birliyinin aylıq büdcəsi, Qazax, Lənkəran, Sumqayıt və Gəncədəki filialları daxil olmaqla, 67 min manatdır. Ona görə də hansısa inanılmaz pullar haqda danışmaq gülməli və axmaqlıqdır”.

Ç. Abdullayev qurultay günü ona 203 min manatın hara xərcləndiyi barədə sual verən jurnalistə kobud cavab verməkdən peşman olmadığını deyib: “Həmin jurnalist belə bir sualı hansısa nazirə, icra başçısına verə bilərdi? Orada milyonlardan söhbət gedir… Əlbəttə, yox. Bəs yaxşı, JEK rəisinin yanına girib təmizlikçilərin pulu haqda sual verə bilərdi? Yox, verə bilməzdi. O, qorxardı. Mənə elə sualın verilməsi təxribat idi. Bütün günü gəzir, “pulun nəyə xərcləndiyini görmürük” deyirdilər. Gəlin mühasibatlığa baxın. Jurnalistin “bu pulları hara səpələmisiz” sualı təhqirdir. Yayılan videoda o sözü çıxarmışdılar. Çox yorulmuşdum. Üç gecə idi yatmırdım. Qurultaya bir ay hazırlaşmışıq. Jurnalistə kobudluq etdiyimdən peşman deyiləm. Hesab edirəm ki, daha güclü cavab vermək olardı. Məsələn, səviyyəsiz insansan ki, belə suallar verirsən. Gəl Yazıçılar Birliyinə, orada hər şeyi öyrən. Bir ay keçib, hələ də gəlməyib. Ona qalmaqal maraqlıdır”.

Xatırladaq ki, qurultay günü Ç. Abdullayevin jurnalistə kobud cavabı müzakirələrə səbəb olmuşdu. O, media nümayəndəsinin 203 min manatın nəyə xərclənməsi barədə sualına belə cavab vermişdi: “Bu sözü məndən soruşmağa utanmırsınız? Nə danışırsınız, biz daha çox xərcləmişik. Başa düşürsünüz? Utanmırsınız, Xalq yazıçısından pulların hara xərcləndiyini soruşmağa?”.

DAHA ÇOX OXU

Cəmiyyət

“Çelsi” komandadan 4 ulduz futbolçunun göndəriləcəyini açıqlayıb

26/01/2023 22:16
Cəmiyyət

Yanvar ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib

26/01/2023 21:15
Cəmiyyət

Sağlamlıq arayışı çox bahadır deyən deputata – TƏBİB-dən cavab

26/01/2023 21:00
1-MANŞET

Prezident Laçın-Xankəndi yolundakı vəziyyətdən DANIŞDI

26/01/2023 19:18
1-MANŞET

Gömrük İdarəsində əməliyyatda saxlanılanların adları açıqlandı- Rəsmi

26/01/2023 19:16
Cəmiyyət

“Squşonnı”nın bahalaşmasına RƏSMİ REAKSİYA

26/01/2023 18:04
SON XƏBƏR

Qəbələdə 1 nəfər dağlıq-meşəlik ərazidə itkin düşdü

Azərbaycanda BU HOTELDƏ əxlaqsızlıq yuvası AŞKARLANDI

Əli Əsədovdan əlavə pullarla bağlı qərar - Yanvarın 1-dən...

Xəbər lenti

ABŞ-dan Suriyadakı bazalarına yeni qüvvələr

26/01/2023 22:38

“Çelsi” komandadan 4 ulduz futbolçunun göndəriləcəyini açıqlayıb

26/01/2023 22:16

Nazir Çavuşoğlu: Üçtərəfli görüşün mənası yoxdur

26/01/2023 22:00

Məşhur DJ-in cansız bədəni zibillikdəki çamadandan çıxdı – Evli sevgilisi saxlanıldı

26/01/2023 21:46

Venesuela prezidenti Maduro Türkiyə nümayəndə heyətini qəbul edib

26/01/2023 21:34

Gizlincə izlədiyi həyat yoldaşını güllələdi – ANBAAN VİDEO

26/01/2023 21:22

Yanvar ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib

26/01/2023 21:15

Almaniyada daha bir rus agenti yaxalandı – Film kimi ƏMƏLİYYAT

26/01/2023 21:07

Sağlamlıq arayışı çox bahadır deyən deputata – TƏBİB-dən cavab

26/01/2023 21:00

İsrail qüvvələri qaçqın düşərgəsinə basqın edib: 4 fələstinli həyatını itirib

26/01/2023 20:45

“Toppuş bacı”nın ölümü ilə bağlı yeni iddia – VİDEO

26/01/2023 20:41

Laboratoriyada günəş alovu təcrübəsi

26/01/2023 20:30

Rusiya ordusunun Kiyevə hava zərbəsi: 1 ölü, 2 yaralı

26/01/2023 20:18

Aydın Caniyev həbs olundu

26/01/2023 20:04

Almaniyada hər dörd gəncdən biri yoxsulluq riski altındadır

26/01/2023 20:02

Prezident Laçın-Xankəndi yolundakı vəziyyətdən DANIŞDI

26/01/2023 19:18

Gömrük İdarəsində əməliyyatda saxlanılanların adları açıqlandı- Rəsmi

26/01/2023 19:16

Evdən qaçaraq sevgilisinin evinə sığınan gənc qızın acı sonu – VİDEO

26/01/2023 18:34

Açıq-saçıq fotolarına görə mühakimə olunan feomen məhkəməyə bu geyimdə gəldi – FOTOLAR

26/01/2023 18:29

“Squşonnı”nın bahalaşmasına RƏSMİ REAKSİYA

26/01/2023 18:04

Prezidentdən əfv fərmanı: Rəşad Dağlı azad olunacaq? – VİDEO

26/01/2023 17:54

Kreml Zelenskinin Putinlə bağlı açıqlamasına cavab verdi

26/01/2023 17:40

5 ulduz futbolçu “Mançester Siti”ni tərk edir – ADLAR

26/01/2023 16:41

Zirəddin Rzayevi Azərbaycana buraxmırlar? – “Mən şoka düşürəm”

26/01/2023 16:36

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.