“Ermənistan Baş nazirinin həyat yoldaşının rəhbərlik etdiyi Fondda anonim ianələr paradı davam edir”.
Medianews.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb. Məqalədə qeyd edilir ki, bu il də donorların bir çoxu nədənsə naməlum qalmağa üstünlük veriblər. Beləliklə, 2021-2022-ci illərdə Fondun hesablarına 300 min və 5 min dollar məbləğində iki böyük birdəfəlik vəsait köçürülüb.
Xatırladaq ki, bir vaxtlar bugünkü Paşinyan hakimiyyətinin parlaq nümayəndələri olan deputat Lena Nazaryan və baş nazir aparatının sabiq rəhbəri Araik Arutyunyan bu fonda anonim şəkildə pul köçürənlərin adlarının öyrənilməsi məqsədilə məhkəməyə müraciət ediblər.
“Reallıq ondan ibarətdir ki, anonimlik bəhanəsi adı altında Paşinyan və iş adamları münasibətlərinin sirri gizlənir”, – deyə məqalədə qeyd edilir.
Zəfər