Kreml Rusiya-Ukrayna müharibəsindəki son vəziyyətə və ABŞ prezidenti Baydenin Putinlə görüş çağırışına cavab verib.
Medianews.az xəbər verir ki, Kremlin sözçüsü Peskov çıxışı zamanı bildirib: “ABŞ Rusiyanın yeni ərazilərini tanımır. Bu, danışıqlar üçün qarşılıqlı zəmin axtarışını çətinləşdirir. Bununla belə, Putin məqsədlərimizə çatmaq üçün bütün tərəflərlə danışıqlara açıqdır. Diplomatik üsullar ən çox seçilən yoldur. məqsədlərimizə çatırıq”.
Lakin Rusiyanın Ukraynanı tərk etməyə hazır olub-olmaması ilə bağlı suala Peskov “Ukraynada xüsusi hərbi əməliyyatlar davam edir” cavabını verib.
ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsinə son qoyma yolunu tutacağı təqdirdə onunla danışmağa hazır olduğunu bildirib.
Bayden prezidentliyi dövründə ilk “dövlət səfərini” ABŞ-a etmiş Emmanuel Makronla görüşdən sonra birgə mətbuat konfransı keçirib.