“Bütün insanlar gündə cəmi 2 dəfə qidalanmalıdır. Ən rahat metod səhər yeməyini günorta 12:00-a qədər yubadın. Axşam yeməyi də 20:00-da bitməlidir. Bu rejimlə yeməklərin arasında 16 saat müddət əmələ gəlir ki, bu dövrdə qan piyinin əriməsi üçün şərait yaranır. Arada atışdırma etmək olmaz. Su içməyi isə artırın”
Bu sözləri həkim-anestezioloq Şahin Məmmədov bildirib. Qeyd edib ki, insanlar özləri sağlamlıqlarının qeydinə qalmalıdır:
“Dəri altına, qarına piy yığılır, qan da piylənir. Qanın piylənməsi hiperxolesterinemiya adlanır. Yəni qanda xolesterinin artması.
Qanın piylənməsinin nəticəsi damarların- turbaların getdikcə tutulmasıdır. Bu isə hipertenziya, miokard infarktı, insult və digər problemlər yaradacaq.
Qan piylənməsinin yeganə müalicəsi və profilaktikasının dieta olduğunu düşünürəm. Vaxtında başlasanız digər dərmanlara ehtiyac qalmaz.
Qanı piylənmiş adamlar gündə 2 dəfə qidalanmalıdır.
Ümumiyyətlə, bütün insanlar gündə cəmi 2 dəfə qidalanmalıdır. Ən rahat metod səhər yeməyini günorta 12:00-a qədər yubadın. Axşam yeməyi də 20:00-da bitməlidir. Bu rejimlə yeməklərin arasında 16 saat müddət əmələ gəlir ki, bu dövrdə qan piyinin əriməsi üçün şərait yaranır. Arada atışdırma etmək olmaz. Su içməyi isə artırın.
Əvvəl sizə çox çətin olacaq, amma 1 həftəyə öyrəşəcəksiniz. Artıq çəkiləriniz də gedəcək. Şiriniyyat və çörəyi də çıxarsanız maksimal nəticə alarsınız”.
Medianews.az