Əfqanıstanın paytaxtı Kabildə Pakistan səfirliyinə silahlı hücum edilib.
Medianews.az xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabildə Pakistan səfirliyinə silahlı hücum nəticəsində pakistanlı təhlükəsizlik işçisi ağır yaralanıb.
Hücumdan sonra Kabil polisinin sözçüsü Xalid Zadran açıqlama verib:
“Hücumdan sonra Kabilin Karte Pərvan bölgəsindəki bir binadan Pakistan səfirliyinə doğru atəş açıldı. Bu binada bir şübhəli həbs edilməsi gözlənildiyi halda, iki silah ələ keçirildi. Təhlükəsizlik qüvvələr bu mövzuda ciddi araşdırma aparır. Nəticələr daha sonra paylaşılacaq”.
Pakistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada, hücumda Pakistanın Kabildəki nümayəndəliyinin rəhbəri Ubeyd ur-Rahman Nizamani-nin müvəqqəti işlər vəkilinin hədəf alındığı bildirilib.
Xarici İşlər Nazirliyinin Taliban müvəqqəti hökumətinin sözçüsü Abdulkahhar Belhi verdiyi açıqlamada hücumu pisləyib və Pakistanın Kabildəki səfirliyinə hücumu pislədiyini və diplomatik nümayəndəliklərin təhlükəsizliyinə icazə verməyəcəklərini bildirib.
Medianews.az