Medianews.az “A Bola”ya istinadən xəbər verir ki, komandaya qoşulmayan 37 yaşlı futbolçu trenajor zalında fərdi çalışmalarla kifayətlənib.
Mənbə bunun Ronaldunun səhhəti ilə bağlı olmadığını, futbolçunun formada qalmaq üçün xüsusi rejimə əməl etdiyini vurğulayıb.
Qeyd edək ki, öncə Qana (3:2), ardından Uruqvay (2:0) üzərində qələbə qazanan Portuqaliya H qrupunun lideridir. Fernandu Santuşun komandası 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin edib. Ronaldu Qətərdəki mundialda 1 qol vurub. Təcrübəli ulduz Qananın qapısına penaltidən yol tapıb.