Aylardır davam edən Rusiya-Ukrayna müharibəsinin ağırlığını ortaya qoyan görüntülər ortaya çıxıb.
Medianews.az xəbər verir ki, Rusiya ordusunun elektrik stansiyalarını hədəfə alması nəticəsində bölgədə elektrik enerjisində problem olan xəstəxanalarda həkimlərin telefon işığının köməyi ilə cərrahiyyə əməliyyatı apardığı anlar görüntülənib.
Xəstəxanaların əksəriyyətində generator sistemlərinin kifayət qədər olmaması və ya nasaz olması səbəbindən səhiyyə xidmətləri də dayandırılıb. Elektrik enerjisi fasilələri zamanı əməliyyatlar edən ukraynalı həkimlər telefon işıqları ilə işlərini davam etdirməli olurlar.
Medianews.az