Çərşənbə axşamı, 31 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Kamaləddin Heydərov gecə saat 2-də yığır ki, dur gəl” – Baba Vəziroğlu

TURAN
01/12/2022 15:18
331
BAXIŞ
FacebookTwitterTelegram

“Kamalla (fövqəladə hallar naziri, bəstəkar Kəmaləddin Heydərov – red.) dostluğumuz çox qədimdir, amma yaradıcılıqla birgə fəaliyyətimiz 30 ildən çoxdur”.

Medianews.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu Modern.az-a müsahibəsində deyib.

O bildirib ki, oğlunun adını Kəmaləddin Heydərov qoyub: “Amma yaradıcılıqla birgə fəaliyyətimiz 30 ildən çoxdur. Mənim oğlumun adı da Kamaldır. Əmisi, bəstəkar Kamal qoyub adını. 100-ə yaxın mahnı yazmışıq, hamısı da dillər əzbəri olub. Kamal Ələkbər Tağıyev İbrahim Topçubaşov kimi professional musiqi təhsili olmayan sənətkarlardandır. Musiqi qabiliyyəti olan istedadlı insandır. İxtisası geoloq və hüquqşünaslıqdır. Amma ürəyi nəğməli ürəkdir. Kamalın dəst-xətti həmişə seçilir.

Bir fakt deyim ki, Heydər Əliyev haqqında minlərlə mahnı yazılıb, amma onun ümumilli lider haqqında yazdığı mahnı himnə çevirildi. “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək” mahnısını YAP himn olaraq qəbul etdi. Bu fitri bir istedaddır, birdən gecə saat ikidə məni yığır ki, bəs nə iş görürsən. Demirəm ki, bu vaxt yatarlar. Amma Kamal deyir ki, dur gəl, bir melodiya yaranıb. Bizim mahnılarımız uzun zamanda yaranmır, qısa vaxt ərzində ərsəyə gəlir. Heydər Əliyevə ithaf etdiyimiz mahnı bir gecənin içərisində yaranıb, amma illərdir ki, içimizdə yetişib.

B. Vəziroğlunun sözlərinə görə, o, dəfələrlə ulu öndərlə səfərlərdə olub: “Səfərə çıxanda özü ilə bir neçə yazıçı, bəstəkar götürürdü. Onun dövlət məmurları ilə işi yox idi, onlarla yaxınlıq etməzdi. Heydər Əliyev səfərlərə gedəndə qatarı 3 vaqondan ibarət olurdu. Birində özü olurdu, birində 3-4 nəfər sənətkar, birində isə nazirlər gedirdi. Nazirlərin vaqonu sıxlıq olurdu, buna baxmayaraq onlardan heç birini bizim boş vaqona keçirmirdi. Sözümün canı odur ki, sənətkara dəyər verirdi. Heydər Əliyevin sağlığında ona həsr etdiyimiz mahnı çox səsləndirilmirdi, bu da onun öz istəyi idi. Biz onu itirəndən sonra mahnı ikinci həyatını yaşadı. Kamalla sonuncu mahnımız “Cənab Ali Baş Komandan” mahnısı Mirələm Mirələmovun ifasında zəfərimizə, Ali Baş Komandana həsr olunub. İndi isə yeni mahnılar üzərində işləyirik. Leyla Əliyevanın da yazdığı sözləri mahnıya çeviririk. Yenidən “Səndən Nigaranam”, “Xatirədir” stilində melodiyalara qayıdırıq. Xalq o mahnıları sevdi, indi də ardını istəyir”.

Şair hesab edir ki, Azərbaycanda icra başçılarının 70%-ni dəyişmək lazımdır: “Dəyişmək də yox, içəri basmaq lazımdır. İndi icra başçısı vəzifəsində çalışanların tutulanlardan heç bir fərqi yoxdur. Yevlaxın icra başçısı saxlanılıbsa, ətraf rayonların da başçıları saxlanılmalıdır. Çünki rayonlar dəhşətli vəziyyətdədir. Rayonlara Ramiz Mehdiyevin köhnə kadrları başçılıq edirlər. Bir-ikisi istisna olmaqla, hamısı quldur, millətə zülm edənlərdir. Bir neçə gün əvvəl ali bir məclisdə dedim ki, araşdırmısız bu qədər qazi niyə intihar edir? İcra başçıları otururlar kresloda telefonla məşğuldurlar, heç bir işləri yoxdur. Hər şeyi professional şəkildə relsə qoyublar, pul özbaşına ciblərinə axır. Telefonda boş-boş işlərlə məşğuldurlar, yeyib-içirlər.

İcra hakimiyyətinin qarşısında sözünü demək istəyən qazini qəbul etmək nə çətin işdir?! O başçının köməyi gözünə girsin, təpəsinə dəysin. O qazi dinlənilmək istiyir, təsəlliedici söz demək çətin deyil. Cibinə yığdığın rüşvətdən hələlik bir az ver ki, dərdinə çarə tapsın, həm də Allaha xoş getsin. O qazinin puludur da yeyib, talayıb oturmusan orada, qudurğanlıq edib niyə qəbul etmirsən? Qazinin psixoloji problemi var deyirlər, ay alçaq, psixoloji problemi var, göndər müalicə alsın. İcra başçısı o bölgədə Prezidentin səlahiyyətli nümayəndəsidir. Bu boyda məmləkətin Prezidenti balaca uşağın qarşısında əyilir, söhbət edir. Sən niyə özünü darta-darta yeriyirsən. Onları görəndə məcbur qalıb əl verirəm, bilirəm ki, onların əlləri çirklidir, günaha batıb, qazi qanına batıb. Şəxsən tanıdıqlarım var İsmayıllının, Biləsuvarın və bir neçə rayonun cavan, savadlı başçıları bütün gün vətəndaşların içindədirlər, onlara yardım edirlər”.

B. Vəziroğlu deyib ki, Mədəniyyət Nazirliyinin ən qara dövrü Əbülfəs Qarayevin vaxtında olub: “Nazirlik bir həsirdir, bir məmmədnəsir. Anar Kərimovu tanımırdım, kənar sahədən gəlib. Bir çox tədbirlərdə və Şuşada görüşmüşük çox işgüzar adama oxşayır. Mədəniyyət sahəsi çətin, ziddiyyətli bir sahədir, bunu qısa müddət ərzində relsə qoymaq mümkün deyil. Görüləcək işlər var ona görə gözləyirəm. Əbülfəs Qarayev bilmirdi ki, Yazıçılar Birliyi, Kinemotaqrafçılar İttifaqı var, yoxsa yox. Deyirdi “gətirin görək, kimə “Xalq artisti” adı vermək lazımdır”, adam “böyük” deyildisə, “buna “Əməkdar artist” adı verək” deyirdi.

Anar Kərimovdan mütərəqqi addımlar gözləyirik. Əbülfəs heç adam da saymırdı, gərək gedib qarşısında təzim edərdin, mənlə də arası bu təzim məsələsinə görə dəymişdi. Mirzə Babayev rəhmətə gedən vaxtı bir neçə şəxslə teatrın qarşısında durub söhbət edirdik. Bir maşın gəldi Əbülfəs Qarayev düşdü maşından, məmurlara xas olan xüsusiyyətdə ətrafa boylandı. Yanımdakı şəxslər düşdü əl verdi görüşdü, mən isə əyilib salam vermədiyim üçün nifrətlə baxıb keçdi. O gündən sonra mənlə düşmən oldu. Əvvəllər guya dost idi, çevirildi düşmənə. Mən xalqın şairiyəmsə, xalqın xidmətçisi gəlib mənlə görüşməlidir. Əbülfəsin məkirli sifətindən sonra, belə gülərüz adam mənə xoş gəlir (gülür). İndiki proseslər də köhnədən qalan zibillərdi ortaya çıxır, aşkar olunur”.

DAHA ÇOX OXU

export

22 yaşlı gənc asılmış vəziyyətdə tapıldı – Son paylaşımı ürəkləri dağladı – FOTO

31/01/2023 18:08
1-MANŞET

İlham Əliyev terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunu təsdiqlədi

31/01/2023 17:47
1-MANŞET

İlham Əliyev Naxçıvanın prokurorunu vəzifəsindən azad etdi

31/01/2023 17:44
export

Əvəz Zeynallı DTX-nin təcridxanasından köçürüldü

31/01/2023 17:25
export

“Pozğun rollarım olub, amma öpüşməmişik, heç qucaqlaşmamışıq da…”

31/01/2023 17:23
export

Pərvin Abıyevanın yarıçılpaq görüntüləri yayılıb (18+)

31/01/2023 17:21
SON XƏBƏR

Azərbaycan və Ermənistan XİN başçıları ayaqüstü söhbət ediblər - VİDEO

Aleyna Tilki: "Sevgiyə inanmıram"

Molla rejiminin kor etdiyi güneyli oğlan İNTİHAR EDİB

Xəbər lenti

22 yaşlı gənc asılmış vəziyyətdə tapıldı – Son paylaşımı ürəkləri dağladı – FOTO

31/01/2023 18:08

İlham Əliyev terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunu təsdiqlədi

31/01/2023 17:47

İlham Əliyev Naxçıvanın prokurorunu vəzifəsindən azad etdi

31/01/2023 17:44

Səmada ortaya çıxan müəmmalı görüntü insanları HEYRƏTLƏNDİRDİ – FOTO

31/01/2023 17:37

Əvəz Zeynallı DTX-nin təcridxanasından köçürüldü

31/01/2023 17:25

“Pozğun rollarım olub, amma öpüşməmişik, heç qucaqlaşmamışıq da…”

31/01/2023 17:23

Pərvin Abıyevanın yarıçılpaq görüntüləri yayılıb (18+)

31/01/2023 17:21

İctimai nəqliyyatda yeni tariflər- CƏDVƏL

31/01/2023 17:05

Sabirabadlı gəlinin müəmmalı ölümü: Bağlanan iş yenidən açıldı – VİDEO

31/01/2023 16:43

Mənfi düşüncə depressiyanı artırır

31/01/2023 16:34

Tarif Şurası dərmanları da BAHALAŞDIRDI

31/01/2023 16:30

Metro və marşrut avtobuslarında gediş haqqı ARTIRILDI

31/01/2023 16:06

Dəhşətli cinayətin təfərrüatı: “WhatsApp”da arvadı ilə taksi sürücüsünün şəklini görübmüş

31/01/2023 15:53

Müğənni Nəfəsdən ŞOK AÇIQLAMA: “Əgər xanım tək yaşayırsa…” – VİDEO

31/01/2023 15:45

Yaşar Yusub Ajda Pekkanla eyni səhnədə – Video

31/01/2023 15:42

​“Qarabağ”ın bu il avrokuboklardan qazandığı ŞOK MƏBLƏĞ

31/01/2023 15:40

Azərbaycana sızan 3500 İran agenti: Yerli qadınlarla niyə evləniblər? – Hüseynzadə ilə bağlı şok faktlar

31/01/2023 15:32

Saakaşvili reanimasiyaya yerləşdirilir

31/01/2023 15:16

Rəhim Rəhimlinin qardaşına qarşı külli miqdarda dələduzluq

31/01/2023 15:13

Bakıda İran casuslarına qarşı xüsusi əməliyyat – İki media qurumunda axtarış, saxlananlar var

31/01/2023 15:03

“Qarabağ”ın yeni transferi “Gent”lə oyunda iştirak edə bilməyəcək – SƏBƏB

31/01/2023 14:51

Kəndə gedənlərə təyinat və yüksək maaş veriləcək?

31/01/2023 14:50

Valideynlər sabah övladlarını məktəbə göndərsinlər? – Nazirlikdən virusla bağlı ÇAĞIRIŞ

31/01/2023 14:48

Azərbaycanda bu balığın bir kilosu 120 manata satılır

31/01/2023 14:46

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.