Gəncə şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində iki minik avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.
Xəsarət alan Gəncə şəhər sakinləri, 1974-cü il təvəllüdlü Tacirə Ələsgərova, onun oğlu 1995-ci il təvəllüdlü Təbriz Əliyev və digər avtomobildə olan 1999-cu il təvəllüdlü Kəlbəcər rayon sakini, Azər Əlizadə xəstəxanaya yerləşdirilib.
Onların vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.