Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Mersin şəhərində baş verib.
Baş verən hadisədə 12 yaşlı E.D. eyni yaşda olan sinif yoldaşını imtahandan aşağı qiymət aldığı üçün ələ saldığını deyərək öldürüb. E.D. həmyaşıdı Fatmanisə Yüreklini su şlanqı ilə döyərək, məktəb tualetində bıçaqlayaraq öldürüb.
Xəbərdarlıq üzərinə polis və təcili yardım qrupları məktəbə göndərilib. Təcili yardım maşını ilə xəstəxanaya çatdırılan Fatmanisə Yürekli həkimlərin bütün səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Yaxalanaraq polis bölməsinə aparılan 12 yaşlı E.D. Fatmanisə Yüreklinin imtahandan pis qiymət aldığı üçün onunla lağ etdiyini və buna görə də hadisəni törətdiyini bildirib. Polis hadisədə istifadə edilən bıçağı da aşkar edib.
Medianews.az