Türkiyənin Kanal D ekranlarında yayımlanan və Azərbaycanda da kifayət qədər tanınan “Camdakı kız” serialı ən çox reytinq toplayan seriallardandır.
Serialın üç qəhrəmanı komanda ilə vidalaşacaq. Belə ki, serialın 3-cü mövsümündə əsas heyətində yer alan Hande Ataizi layihə ilə vidalaşır. Roluna görə körpə gözləyən Ataizinin 61-ci bölümdə layihədən ayrılması planlaşdırılır. Ataizidən sonra Laçın Ceylanın da heyətdən ayrılacağı gözlənilir.
Serialda Hande Ataizinin canlandırdığı Cananın həyat yoldaşı Alp obrazını canlandıran Tolqa Çıklaçiftçinin hekayəsi bitir. Çiğla Çiftçi də 62-ci bölümdə serialdan ayrılacaq.
Medianews.az