Belçika millisinin baş məşqçisi Roberto Martinez Xorvatiya ilə 0:0 hesablı heç-heçədə DÇ-2022-dən kənarlaşdırıldıqdan sonra istefa verdiyini açıqlayıb.
FİFA 2022 Dünya Çempionatında Xorvatiya, Mərakeş və Kanada ilə birlikdə F qrupunda yer alan Belçika qrupun son oyununda Xorvatiya ilə qolsuz bərabərliklə 3-cü olub və turnirlə vidalaşıb.
Qarşılaşmadan sonra açıqlama verən Belçika millisinin baş məşqçisi Roberto Martinez işdən getdiyini bildirib.
2016-cı ildən Belçikanı çalışdıran Martinez Belçikanı DÇ-2018-in yarımfinalına çıxarıb.