“Azərbaycan məqsədli olaraq lokal döyüşlər vasitəsilə Ermənistan ordusunun mərhələli şəkildə sıradan çıxarır”.
Medianews.az xəbər verir ki, Azərbaycan məsələləri üzrə ekspert Garnik Davtyan da bu fikirdədir.
O güman edir ki, bu taktika hər 3-4 aydan bir sentyabr hadisələri baş verəcək: “Bu cür toqquşmalar Azərbaycan tərəfinə təkcə öz mövqeyini möhkəmləndirmir, həm də insan itkisi və hərbi texnikanın məhv edilməsi baxımından Ermənistan silahlı qüvvələrinə ciddi ziyan vurmağa imkan verir. Bununla da Azərbaycan tərəfinin əsas məqsədi Ermənistanın orduya sahib olmamasıdır”.
Ekspert deyib ki, lokal döyüşlərin Azərbaycan üçün həm də başqa bir səbəbi var. Davtyan istisna etmir ki, 2020-ci ilin noyabrındakı atəşkəsdən sonra Ermənistanın hazırkı hakimiyyəti Azərbaycana şifahi vədlər verib və indi ondan imtina etməyə çalışır: “Buna görə də Bakı ön cəbhədəki boşluqlardan istifadə edərək öz mövqeyini möhkəmləndirməyə və güc yolu ilə şifahi razılaşmaların yerinə yetirilməsini məcbur etməyə çalışır: “Ermənistan tərəfi cəbhə xəttində möhkəmləndirmə işlərini Azərbaycan tərəfindən daha yavaş aparır ki, bu da texnikanın olmaması ilə bağlıdır. Öz növbəsində, Azərbaycan Silahlı Qüvvələri möhkəmlənərək Ermənistan hərbi qüvvələrinin müvafiq işlərinin aparılmasına mane olur. Nəticədə bu işlər lazımi səviyyədə aparılmır və bu da Azərbaycan tərəfinə sərfəlidir”.
Zəfər