Çərşənbə axşamı, 31 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Kinoteatrlarda dublyaj işi bərbad vəziyyətdədir” – dublyajsız filmin ictimai faydası varmı?

TURAN
30/11/2022 13:21
45
BAXIŞ
FacebookTwitterTelegram

Xəyalə Rais: “Əgər kinoteatrlar dublyajdan imtina edib, altyazıdan istifadə edirlərsə və onda da yanlışlıqlara yol verirlərsə…”

Son illər tamaşaçıların kinotearlara qayıdışı üçün müxtəlif kampaniyalar aparılır. Ayrı-ayrı ölkələrin istehsalı olan filmlərin nümayişinin həyata keçirilməsi bu kampaniyanın tərkib hissəsidir.

Paytaxtda bir neçə dövlət və özəl kinoteatr, sinema klublar fəaliyyət göstərir ki, buraya əsasən sıravi tamaşaçı getmir, müəyyən kateqoriyadan olan insanlar gedir. Bu öz yerində. Paytaxtda bəlli kinoteatrlar işlək vəziyyətə gətirildikdən sonra, qeyd etdiyimiz kimi, burada filmlər nümayiş etdirilməyə başladı.

Yerli kinoteatrlarda nümayiş olunan xarici filmlər Azərbaycan dilinə dublyaj olunmur, dilimizdə səsləndirilmir, adətən rus və ingilis dilində səsləndirilir. Kinoteatrlar şəbəkəsində yayımlanan bütün filmlər Azərbaycan dilində alt yazısı ilə verilir. Filmlərin Azərbaycan dilində yayımlanmaması, səsləndirilməməsi tamaşaçılarda ciddi narazlıq yaradır ki, alt yazı ilə filmi anlamaq olmur, bu, səsli verilsəydi daha yaxşı olardı. Kinoteatrların sözçüləri deyirlər ki, kinoteatr dublyajla məşğul olmur, bu işi başqaları görməli, kinoteatr isə bu məhsulu nümayiş etdirməlidir. Qeyd edilir ki, bunun üçün əvvəllər dublyaj edən studiyalar vardı, indi isə o studiyalar yoxdur, varsa da kinoteatrlarla əməkdaşlıq etmirlər.

Əslində, burada dövlət dili olan Azərbaycan dilinin tələbləri, işləkliyi pozulur, dilimizdən istifadə arxa plana keçir, dilimizin tələbləri bu işlə məşğul olanları maraqlandırmır. Tamaşaçı bu filmlərə ana dilimizdə baxmaq istəyir, onlar dublyaj edilmədən təqdim edilirsə, tamaşaçı ciddi şəkildə narazılıq edir.

Bəs aidiyyatı qurumlar niyə bu işi həyata keçirmir ki, kinoteatrlarda dilimizin saflığı qorunsun? 30 ildən çoxdur mövcud olan bu problemin öz həllini tapmasına nə mane olur?

“…Vahid dublyaj mərkəzinin yaradılması böyük zərurətə çevrilib, bu halda problemi həll etmək olar”

Gənc jurnalist baş redaktor təyin edildi | Yeni Gündəm

Sənətşünas Xəyalə Rais təəssüflə bildirdi ki, bu problem illərdir mövcuddur, lakin onun aradan qaldırılması üçün real addımlar atılmır. Hər zaman vahid dublyaj mərkəzinin yaradılmasının aktual olduğunu və bunun ayrı-ayrı uyğun dövlət səndələrində təsbit edildiyini deyən X.Raisin sözlərinə görə, aidiyyəti qurumlar bu sahədə addım atmır. Dövlət dilinin qayda-qanunlarının pozulmasının yolverməz olduğunu deyən X.Rais hesab edir ki, bu məsələdə müvafiq qurumlar addım atmalıdır ki, ana dilimizin, dövlət dilimizin işləkliyi təmin olunsun.

“Kinoteatrlarda xarici filmlərin nümayişi qanuna əsasən Azərbaycan dilində olmalıdır. İlk növbədə qeyd edim ki, filmlərin Azərbaycan dilində səsləndirilməsi kimi addım yüksək qiymətləndirilməlidir. Amma təəssüf ki, maliyyə dayanıqlığı olmadan bu prosesi davam etdirmək çətindir. Bu baxımdan da ölkəmizdəki bütün kinoteatrlar xarici filmləri ancaq altyazı ilə nümayiş etdirirlər. Hər bir işdə problemlər olduğu kimi, subtitrlərdə də müəyyən problemlər var. Bir müddət öncə tamaşaçılar kinoteatrlarda nümayiş zamanı subtitrlərdə olan xətaları gülüş obyektinə çevirərək, sosial şəbəkələrdə yaymağa başladılar. Bundan sonra kinoteatr rəhbərləri bu işə daha məsuliyyətlə yanaşdılar. Əslində subtitrlərlə bağlı problem ilk növbədə tərcümədən başlayır. Filmin tərcüməsi sıradan bir tərcüməçiyə həvalə olunur. Çox vaxt filmin mətni ingilis və ya rus dilindən tərcüməçiyə verilir. Tərcüməçi də filmdəki situasiyanı bilmədən, görmədən cümlələri tərcümə edib yayım şirkətinə təqdim edir. Filmi görmədən tərcümə etmək bu işin ən böyük problemidir. Filmlərin tərcüməçiləri digər tərcüməçilərdən üsluba görə fərqli olmalıdır. Çünki filmdə müəyyən jarqonlar, üslub ifadələri səslənir. Bunun üçün filmi kinonu bilən adamın tərcümə etməsi daha yaxşıdır. Kino mədəniyyəti ilə məşğul olan tərcüməçilər məşğul olsalar, daha müsbət nəticə əldə etmək olar. Əgər kinoteatrlar dublyajdan imtina edib, altyazıdan istifadə edirlərsə və onda da yanlışlıqlara yol verirlərsə, bu diqqətsizlik tamaşaçını ciddiyə almamaq deməkdir”.

X.Rais hesab edir ki, kinoteatrların təqdim etdiyi hər bir filmdə ictimai rəy, ictimaiyyətin maraqları nəzərə alınmalıdır. O vurğuladı ki, bu filmlərin dublyajsız təqdim edilməsi tamaşaçıya bir növ hörmətsizlik sayıla bilər, çünki əksər tamaşaçılar belə düşünür.

“Filmlərin bu şəkildə təqdim edilməsi onu göstərir ki, bu sahəyə diqqət azdır. Hesab edirəm ki, yayım şirkətləri bu işə daha ciddi önəm verməlidir. Dublyajdan yayınmaq istəyirlər, yayınsınlar, ancaq bunu niyə bu şəkildə təqdim edirlər? Bizə filmlərin çoxu rus dilində dublyajla gəlir. Bu da belə qənaət yaradır ki, ruslar daha yaxşı dublyaj edir və bizdə dublyaj edən yoxdur. Sonra deyirlər ki, tamaşaçı istəyir, orijinal versiyada baxsın. Ancaq tamaşaçı da bilmir ki, o, orijinala deyil, tərcüməyə baxır. Əgər ingilis filmləri rus dilinə tərcümə olunub bizim kinoteatrlara ayaq açırsa, demək bizim dilə də tərcümə oluna bilər. Bunlar öz yerində. Fikrimcə, vahid dublyaj mərkəzinin yaradılması böyük zərurətə çevrilib, bu halda problemi həll etmək olar. Çünki bu sahədə yaşananlar tələb edir ki, vahid bir mərkəz yaradılsın və bütün filmlər burada dublyaj edilib yayıma buraxılsın”-deyə X.Rais bildirdi.

Qeyd edək ki, yeni yaradılan Kino Agentliyinin də bu məsələdə üzərinə böyük iş düşür və bu problemin öhdəsindən gəlinməsində o agentlik rol oynaya bilər.

DAHA ÇOX OXU

1-MANŞET

İctimai nəqliyyatda yeni tariflər- CƏDVƏL

31/01/2023 17:05
export

Sabirabadlı gəlinin müəmmalı ölümü: Bağlanan iş yenidən açıldı – VİDEO

31/01/2023 16:43
Cəmiyyət

Mənfi düşüncə depressiyanı artırır

31/01/2023 16:34
1-MANŞET

Tarif Şurası dərmanları da BAHALAŞDIRDI

31/01/2023 16:30
1-MANŞET

Metro və marşrut avtobuslarında gediş haqqı ARTIRILDI

31/01/2023 16:06
export

Dəhşətli cinayətin təfərrüatı: “WhatsApp”da arvadı ilə taksi sürücüsünün şəklini görübmüş

31/01/2023 15:53
SON XƏBƏR

Şəhidin həyat yoldaşına qarşı 120 minlik dələduzluq edən sayt rəhbəri ilə bağlı QƏRAR

Oğurluq və narkotik satmağa görə axtarışda olan qadın tutulub

Spirtli içki aludəçisi qadın kişini küçədə qətlə yetirdi

Xəbər lenti

İctimai nəqliyyatda yeni tariflər- CƏDVƏL

31/01/2023 17:05

Sabirabadlı gəlinin müəmmalı ölümü: Bağlanan iş yenidən açıldı – VİDEO

31/01/2023 16:43

Mənfi düşüncə depressiyanı artırır

31/01/2023 16:34

Tarif Şurası dərmanları da BAHALAŞDIRDI

31/01/2023 16:30

Metro və marşrut avtobuslarında gediş haqqı ARTIRILDI

31/01/2023 16:06

Dəhşətli cinayətin təfərrüatı: “WhatsApp”da arvadı ilə taksi sürücüsünün şəklini görübmüş

31/01/2023 15:53

Müğənni Nəfəsdən ŞOK AÇIQLAMA: “Əgər xanım tək yaşayırsa…” – VİDEO

31/01/2023 15:45

Yaşar Yusub Ajda Pekkanla eyni səhnədə – Video

31/01/2023 15:42

​“Qarabağ”ın bu il avrokuboklardan qazandığı ŞOK MƏBLƏĞ

31/01/2023 15:40

Azərbaycana sızan 3500 İran agenti: Yerli qadınlarla niyə evləniblər? – Hüseynzadə ilə bağlı şok faktlar

31/01/2023 15:32

Saakaşvili reanimasiyaya yerləşdirilir

31/01/2023 15:16

Rəhim Rəhimlinin qardaşına qarşı külli miqdarda dələduzluq

31/01/2023 15:13

Bakıda İran casuslarına qarşı xüsusi əməliyyat – İki media qurumunda axtarış, saxlananlar var

31/01/2023 15:03

“Qarabağ”ın yeni transferi “Gent”lə oyunda iştirak edə bilməyəcək – SƏBƏB

31/01/2023 14:51

Kəndə gedənlərə təyinat və yüksək maaş veriləcək?

31/01/2023 14:50

Valideynlər sabah övladlarını məktəbə göndərsinlər? – Nazirlikdən virusla bağlı ÇAĞIRIŞ

31/01/2023 14:48

Azərbaycanda bu balığın bir kilosu 120 manata satılır

31/01/2023 14:46

Qalmaqallı iş adamına məxsus məşhur supermarketlər bağlanır – TƏFƏRRÜAT

31/01/2023 14:45

????????????????????????????????????

Bakıda məktəbin qarşısında şagirdi döyüb qolunu sındırdılar

31/01/2023 14:36

Mərkəzi Bankdan MƏLUMAT: “Sabah saat 10:00-da…“

31/01/2023 14:35

Yeni nazir müavini bu məşhur şəxsin NƏVƏSİDİR – FOTO

31/01/2023 14:33

İpoteka kreditləri əldə etmək istəyənlərə ŞAD XƏBƏR

31/01/2023 14:26

Bakıda lüks avtomobillər toqquşdu – FOTOLAR

31/01/2023 14:23

DTX-dən İrandakı terror hadisəsi ilə bağlı məlumat yayanlara XƏBƏRDARLIQ

31/01/2023 14:16

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.