Noyabrın 23-də Türkiyədə baş verən zəlzələdən sonra Düzcenin Gölyaka rayonunda su quyusunun yanmağa başlaması hər kəsi heyrətləndirib.
Medianews.az xəbər verir ki, Düzcenin Gölyaka rayonunun Yeşilova kəndində tarlanın su ehtiyacını ödəmək üçün 2013-cü ildə açılan su quyusunun noyabrın 23-də baş verən 5,9 bal gücündə zəlzələdən sonra qaynamağa və köpüklənməyə başladığı iddia edilir.
Maraqlı görüntünü görən vətəndaşlar alışqanla həmin bölgəni yandırıblar. Suyun hansı səbəbdən yandığı hələlik məlum deyil.
İlk dəfə belə bir hadisə ilə qarşılaşdıqlarını deyən kənd sakini Cemalettin Civil bunları deyib: “105 metr dərinlikdən çıxan su alışqanla yanır. Bu su 1999-cu il zəlzələsindən sonra ortaya çıxarılıb. 2013-cü ildən istifadəyə verilib. Əvvəllər də bu bölgədə su quyuları var idi, lakin 1999-cu il zəlzələsindən sonra quyudakı su kəsildi”.