İstanbulda sürücülər arasında mübahisə yaranıb.
Medianews.az xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində baş verib.
Mübahisə zamanı sürücülər maşından düşərək dava etnməyə başlayıblar. Dava zamanı sürücülərdən birinin silahdan atəş açdığı anlar kameralara əks olunub. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Bir müddət sonra hadisə yerinə gələn polis qrupları həmin şəxsləri ayırmağa çalışıb. Sürücülərdən birinin əlindəki tapançanın qundağı ilə digər sürücünü vurmağa çalışdığı görülüb.
Sürücülər polisin müdaxiləsi ilə çətinliklə ayrılıblar.
Medianews.az