Yunan polisi Meriç çayını keçərək qeyri-qanuni yollarla Yunanıstana daxil olmağa çalışan fərari FETO-çuları suriyalı qaçqınlar olduğunu zənn edib.
Medianews.az xəbər verir ki, polis tərəfindən vəhşicəsinə döyülən şəxslərin FETO-çu olduğu müəyyən edildikdə, onların Yunanıstandan sığınacaq tələbləri qəbul edilib.
Sosial mediada ortaya çıxan görüntülərdə Yunan polisinin qaçqınlara qarşı zorakılığı ilk dəfə bu qədər aydın şəkildə görünüb. Kameraya əks olunan həmin anlarda polisin qaçanları təpiklədiyi və döydüyü görüntülər yer alıb. Daha sonra həmin şəxslərin FETO-çu olduğu ortaya çıxıb.
Yunanıstanın bu davranışı ikiüzlü siyasətin nümunəsi kimi şərh edilib. Sözügedən görüntülər sosial mediada da müzakirələrə səbəb olub.
Medianews.az