Cənubi Koreya prezidenti Yoon Suk Yeol ölkəsinin 2032-ci ilə qədər Aya kosmik gəmi endirmək və oradakı ehtiyatları “gələcək kosmik iqtisadiyyat” planının bir hissəsi kimi araşdırmaq istədiyini açıqlayıb.
Medianews.az Koreya mediasına istinadən xəbər verir ki, Ölkənin Ay missiyası üçün 5 il ərzində yeni raketlər hazırlanacağı məlumatı verilib. Cənubi Koreya 2045-ci ildə qeyd olunacaq Müstəqillik Gününün 100-cü ildönümündə Marsa kosmik gəmi endirməyi hədəfləyir və sənayenin inkişafına mütəxəssislərin hazırlanmasına diqqət yetiriləcək.
ABŞ Aerokosmik Agentliyinə (NASA) bənzər bir kosmos agentliyinin yaradılacağı da bildirilib.
Ayşən Azadova
Medianews.az