Çin alimləri yarasalarda və insanlarda xəstəliyə səbəb ola biləcək yeni virus növü tapdıqlarını açıqlayıb.
Medianews.az xəbər verir ki, tədqiqatçılar BtSY2 adlı yeni virusun Kovid-19-a səbəb olan SARS-CoV-2 ilə eyni mənşəli olduğunu bildiriblər. Çində viruslar üzərində çalışan elm adamları yarasalarda və insanlarda xəstəliyə səbəb ola biləcək bir virus növü kəşf etdiklərini açıqlayıblar. Açıqlamada yeni virusun adının BtSY2 olduğu açıqlansa da, virusun Kovid-19 ilə eyni ailədən olduğu da bildirilib:
“Biz yoluxucu olma ehtimalı olan beş yeni virus ştamını müəyyən etdik. Heyvan və ya mal-qaralarda bir virus meydana gəlib. Bunlardan ən narahatedicisi BtSY2 adlı virusdur”.
Medianews.az