“İlin əvvəlindən Ermənistana Rusiya, Ukrayna, Belarus və digər ölkələrdən 300 mindən çox vətəndaş gəlib”.
Medianews.az xəbər verir ki, bu fikirləri jurnalistlərlə açıqlamasında iqtisadçı Tatul Manaseryan bildirib.
Onun sözlərinə görə, bu, Ermənistanın ümumi əhalisinin 10% – ni təşkil edir. Bu, vergi gəlirlərinin artmasına təsir göstərə bilməz.
“Biz belə şəraitdə yoxsulluğu azaltmağa qadirikmi? İlin sonuna qədər yoxsulluq səviyyəsi 42% – ə çatır. Bu dəhşətlidir. İnsanlar quru yerdə yatırlar. Ermənistanda hər iki nəfərdən biri kasıbdır”, – deyə Manaseryan vurğulayıb.
O bildirib ki, yoxsulluq səviyyəsinə görə antirekord Şirak vilayətinə aiddir və bu göstərici 60% – dən çoxdur: “Büdcə məşğulluğu stimullaşdırsa, işsizliyi azaltsa, iqtisadiyyat üçün ixtisaslı kadrlar hazırlasa onda müsbət fikir söyləmək olar”.
Zəfər