Ermənistanın Dövlət Təhlükəsizlik Xidməti dövlətə xəyanətlə bağlı yeni cinayət işi açıb.
Medianews.az erməni mətbuatına istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan vətəndaşı, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mayoru 2021-ci ilin iyul ayında xarici xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən əməkdaşlığa cəlb edilib.
O, hərbi hissə rəhbərliyində olarkən 2022-ci ilin fevralından noyabr ayına qədər xarici xüsusi xidmət orqanlarına dövlət və xidməti sirləri əhatə edən məlumatları toplayaraq mobil tətbiqetmələr vasitəsilə ötürüb. Bunun müqabilində isə ümumilikdə 19.700 dollar alıb.
Məhkəmnin qərarı ilə cinayət işində ittiham olunan zabit haqqında həbs qətimkan tədbiri seçilib.
Zəfər