ABŞ-ın Texas ştatında 911 təcili xidmətinə zəng edən qadın keçmiş əri ilə mübahisə etdiyini və evliliyinin bitdiyini deyərkən həmin şəxs tərəfindən güllələnib. Arvadını öldürən qatil ər sonra eyni silahla intihar edib.
Medianews.az xəbər verir ki, bir-birinin ardınca atəş səslərini eşidən mühafizəçilər hadisənin baş verdiyi yeri müəyyənləşdirərək qətlin törədildiyi yerə gediblər.
Hadisə yerinə gələn polis qadını döş qəfəsindən çoxsaylı, kişini isə başından güllə yarası aldığı aşkarlayıb.
Ayşən Azadova
Medianews.az