NATO-ya daxil olan Avropa ölkələri iqtisadi tükənməyə görə Ukraynaya silah tədarükünü azaldacaq.
Bu barədə “Global Times” nəşri yazıb.
Nəşrin məqaləsində qeyd olunur ki, Ukraynanın silah tədarükünün dayandırılması qəfil baş verəcək.
“NATO baş katibinin Avropa ölkələrini Ukraynaya dəstək çağırışına baxmayaraq, faktiki iqtisadi vəziyyətdə bu dəstəyin davam etdirilməsi onlar üçün dözülməz yükə çevriləcək. Şübhəsiz ki, bu da davamlı olmayacaq”, – nəşr yazır.