Böyük Britaniyanın 100 şirkəti işçilərin əmək haqqını itirmədən 4 günlük iş sisteminə müraciət edib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Britaniyanın 100 şirkətində 2600 işçi çalışır. Əhalinin bir hissəsi 4 günlük iş həftəsinin şirkətlərin məhsuldarlığına yüksək təsir edəcəyini və 5 günlük modelin əvvəlki dövrə aid olduğunu bildiriblər.
Böyük Britaniya tədqiqatına həmçinin Kembric və Oksford Universitetlərində, Boston Kollecində və Autonomy beyin mərkəzinin tədqiqatçıları da daxil olmaqla, təxminən 3300 işçisi olan 70-ə yaxın şirkəti əhatə edən ən böyük pilot proqrama daxildir.
Sentyabr da keçirilən sınaq imtahanında şirkətlərin 88%-i 4 günlük iş təcrübəsinin “yaxşı” işlədiyini bildirib. Sorğuda iştirak edən şirkətlərin təxminən 95%-i məhsuldarlığın ya eyni qaldığını, ya da artdığını bildirib. Rəsmi olaraq 4 günlük işi qəbul edən şirkətlərin əksəriyyəti texnologiya, marketinq şirkətləri kimi xidmət sektorundadır.
Avropadan başqa Yaponiya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Kanadadakı bəzi şirkətlər də tətbiqi etmək qərarına gəliblər.
Ayşən Azadova
Medianews.az