Şənbə, 28 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Qaziyə avadanlıq verilir, yer yox… – Paşayeva

Ayşən
26/11/2022 09:34
60
BAXIŞ
FacebookTwitterTelegram

Mən Mədəniyyət Komitəsinin rəhbəri kimi bu ay içərisində qəbulda ortaya çıxan ciddi bir məsələdən danışmaq istəyirəm. İstəyirəm bütün hökumət üzvləri bu həllivacib məsələni bilsin. Məsələn, görüşdüyümüz şəhid ailələri, qazilər var, məşğulluq qurumundan onlara müvafiq iş qurmaqçün bütün avadanlıqlar verilib, ancaq avadanlıqları aparıb yığıblar evlərinə, yaxud yaxınlarının həyətinə. Çünki o avadanlıqları quraşdıracaq yerə, müvafiq torpaq sahəsinə malik deyillər. Mən şəxsən özüm, gələn müraciətlərin əsasında həm Bakının Sabunçu, Xətai, Xəzər rayonlarının, həm də, millət vəkili seçildiyim Tovuz rayonunun rəhbərliyi ilə bu barədə danışmışam. Əsas cavab bundan ibarətdir ki, bizim torpağımız, yerimiz yoxdur.

Medianews.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Milli Məclisdə “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuş müzakirəsi zamanı deyib.

“Bəs bu avadanlıqlar nə üçün verilir? Dövlət bu qədər vəsaiti ödəyir, bu avadanlıqları alır və avadanlıqlar insanların məşğulluğunu gücləndirmək üçün verilir. Bəs çıxış yolu nədən ibarətdir? Bəzi rayonlarda dövlətin ehtiyat fondunda torpaq var, deyirlər ki, ondan bir hissə bələdiyyələrin sərəncamına keçirilsə, oradan müvafiq təyinat üçün ayırmalar edilə bilər. Buna görə, mən çox xahiş edirəm, bu məsələ – özəlliklə bəzi rayonlarda şəhid ailələri və qazilərin məşğulluğu ilə bağlı məsələlər öz həllini tapsın. Məsələn, təkər yamanması, maşınlara servis göstərilməsi üçün avadanlıq verilib – hamı bilir ki, insan bunu evin içərisində edə bilməz, bu avadanlıqlar verilirsə, bunun bir yeri də olmalıdı. Və ya bərbərxana avadanlıqları verilibsə, yenə bir yerin açılması lazımdır.

Ümumiyyətlə, bəzi rayonlarda qazilərin məşğulluğu ilə bağlı torpaq verilməsində problem var.

Xahiş edəcəyim digər bir məsələ var: Görünür, bəzi məsələlərdə individual yanaşma olmalıdır. Baxmayaraq ki, çoxsaylı deyil, amma bir neçə dəfə belə bir mənzərə ilə qarşılaşmışıq ki, evin tək oğlu şəhid olub. Nə atası var, nə də qardaş-bacısı – bir özü olub, bir də anası. O oğul da evlənib; məsələn, ana Mingəçevirdədi, şəhidin ailəsinə Samuxdan ev verilib. Ana hələ də kirayələrdə, onun-bunun yanında yaşayır. Yəni bu ananın nə başqa övladı, nə həyat yoldaşı var. Belə olan halda, düşünürük ki, evin tək oğlu olmuş şəhidlərin həyat yoldaşı və övladlarına mənzil verməklə yanaşı, tək qalmış ananın da düşünülməsi, onunçün də imkanların yaradılması çox yaxşı olardı. Mən bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər etmişəm.

Çox xahiş edirik ki, bunlara ayrıca baxılsın.

3-cü məsələ əlilliyinin təyini uzun çəkən qazilərlə bağlıdır. Bəzi xəstəlikləri var, məsələn, əsəb-sinir sistemi ilə bağlı olan xəstəliklər. Bu xəstəliklə bağlı qazilərimiz Maştağada uzun müddət müalicə alır, müalicədən sonra qazi ya sağalır, ya da ona əlillik təyin olunmalıdır. Bu dövr ərzində müalicələr çox uzun çəkdiyindən, gərək onların dərman təminatına baxaq; çünki əlillik dərəcəsi alandan sonra problem yoxdur, onlar bütün təminatları əldə edir, amma əlillik alana qədər bu proses çox uzanır, dərmanlarsa bahadır.

Və son məsələ: Şəhid ailələrimiz var ki, evləniblər, amma rəsmi nikah olmayıb. Toyları olub, övladları var; sonra həyat yoldaşı şəhid olan xanımlarının övladları qanunən şəhid övladı statusu daşısa da, xanımın özü nikah sənədi olmadığı üçün şəhid ailəsi statusu əldə edə bilmir. Bu məsələyə də baxılmasına xahiş edirəm”, – millət vəkili bildirib.

 

 

DAHA ÇOX OXU

Cəmiyyət

ABŞ institutu: “İrandakı etirazçılar Azərbaycan səfirliyinə hücuma görə SEPAH-ı günahlandırırlar”

28/01/2023 09:52
Cəmiyyət

Xırdalanda su kəsildi

28/01/2023 09:28
Cəmiyyət

Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib

28/01/2023 05:37
Cəmiyyət

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı yaralananların vəziyyəti AÇIQLANDI

28/01/2023 00:36
Cəmiyyət

TBMM sədri Şentop azərbaycanlı həmkarına başsağlığı verib

27/01/2023 21:34
1-MANŞET

Ərdoğan: Türkiyə əziz dostu və qardaşı Azərbaycanın yanındadır

27/01/2023 21:00
SON XƏBƏR

"Rusiyanın qulu olan bir ölkə deyir ki...” - İlham Əliyev

Ötən sutka 6 nəfər xilas edildi

Dünyanın ən ucaboylu və alçaqboylu liderləri

Xəbər lenti

“Vasif Orxanın öldüyünü deyəndə ağladı” – VİDEO

28/01/2023 10:01

ABŞ institutu: “İrandakı etirazçılar Azərbaycan səfirliyinə hücuma görə SEPAH-ı günahlandırırlar”

28/01/2023 09:52

Azərbaycan mədəniyyətinə böyük İTKİ

28/01/2023 09:34

Xırdalanda su kəsildi

28/01/2023 09:28

Türkiyədə meşə yanğını davam edir

28/01/2023 09:25

“Küçəyə çıxa bilmirəm”

28/01/2023 06:30

BMT rəsmisi səfirliyimizə qarşı qanlı terror aktını pislədi – VİDEO

28/01/2023 06:06

Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib

28/01/2023 05:37

Yerusəlimdə terror aktı: Ölən və yaralananlar var – VİDEO

28/01/2023 02:38

Lavrov Ceyhun Bayramova zəng edib, İrandakı səfirliyə hücumla bağlı başsağlığı verib

28/01/2023 00:42

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı yaralananların vəziyyəti AÇIQLANDI

28/01/2023 00:36

Qayınanaları ölən kürəkənlər xəstəxananı bir-birinə qatdılar – ANBAAN VİDEO

27/01/2023 22:43

Ahtapotu diri-diri doğrayıb parçalara ayırdı – Qalmaqallı GÖRÜNTÜLƏR (VİDEO)

27/01/2023 22:36

TIR qırmızı işıqda dayanan kuryerin üstündən keçdi – ANBAAN VİDEO

27/01/2023 22:31

DƏHŞƏT: Həyat yoldaşı evdən getdiyi üçün 3 uşağını asaraq intihar etdi

27/01/2023 21:37

TBMM sədri Şentop azərbaycanlı həmkarına başsağlığı verib

27/01/2023 21:34

Təbrizdə qürurverici görüntülər – Şəhidimiz alqışlarla anıldı – VİDEO

27/01/2023 21:30

Qadınlar üçün məcburi hərbi xidmət tövsiyəsi

27/01/2023 21:15

Ərdoğan: Türkiyə əziz dostu və qardaşı Azərbaycanın yanındadır

27/01/2023 21:00

Kılıçdaroğlu: Azərbaycan tək deyil

27/01/2023 20:37

Terrorçu mikrofon qarşısında – VİDEO

27/01/2023 20:16

ABŞ elan etdi: Rəsmi olaraq “beynəlxalq cinayət təşkilatı” kimi tanınıb

27/01/2023 20:06

Danimarkada Qurani-Kərimin yandırılmasına Xarici İşlər Nazirliyindən SƏRT REAKSİYA

27/01/2023 18:53

450 min sənədsiz evlə bağlı ŞAD XƏBƏR – RƏSMİ

27/01/2023 18:51

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.