Gərgin iş həftəsi, şəhərin səs küyündən insan bəzən sakit və ruhunun hüzur tapacağı bir yer axtarır.
O yer ki, insanı yaşadığı mühitdən uzaqlaşdırsın, sanki qayğısız dünyada olduğunu bildirən bir məkan olsun. Bu məkanlardan biri də “Cıdır Düzü” atçılıq mərkəzidir.
Azərbaycanın milli-mənəvi dəyəri illərdir həsrəti ilə yaşadığımız, Qarabağımızın atributu olan Qarabağ atlarını gördükdə ağlımdan “axtardığım məkanı tapmışam” düşüncəsi keçdi. Mən bu məkanda tək deyildim. Müxtəlif media nümayəndələri və anı ölümsüzləşdirən fotoqrafçı dostlarımız da bu gözəl məkanda idi.
Çox dərin tarixi keçmişi olan Azərbaycan xalqının qədim ənənələrindən biri də atçılıq, oxatma, qılıncoynatma kimi məşhur peşə silsiləsidir. Bu peşələrin ən geniş yayılanı atcılıqdır.
Əməkdaşlarımızla birgə bizi qarşılayan “Baku Golden Horse”- un rəhbəri Tağıyev Sərxan, “Alp Ərən” –
Qədim Türk Döyüş Mədəniyyəti Mərkəzi komandasının rəhbərix və təsisçisi Sain Fərhad və onun komandası oldu. Alp Ərən komandasının üzvləri yetəri qədər istedadlı, eyni zamanda, bir neçə bacarığı özündə formalaşdıran bəylər və xanımlardan ibarətdir. Zahir Məhəmmədi aktyor, kaskadyor, dublyor Sain’s Action Team üzvü, Fəridə Xəlilzadə kaskadyor, Turəxanım Qasımlı Sain’s Action Team üzvü, aktirisa, kaskadyor və oxçudur.
Həsənov Tural kaskodyor, dublyor, aktyorluqla məşğul olur.
Elşad Eynullayev aktyor, kaskodyor, Murad Abdullayev isə komandanın üzvü və Azərbaycanın ilk kaskadyorlarından biridir.
Tağıyev Sərxan “Qədim türk mədəniyyəti” adı altında fəaliyyətə başlayan “Alp Ərən” və “Baku Golden Horse” Atcılıq mərkəzinin fəaliyyəti ilə bizi tanış etdi.
“Mərkəzdə əsasən atlı oxçuluq, ənənəvi oxçuluq, atlı güləş və atçılığın digər növləri inkişaf etdirilir.
“Baxmayaraq ki, atçılıq, ox atmaq Azərbaycanın qədim ənənəsidir, lakin bunlar unudulmaqda idi. Qarabağ atları çox çılğın, dözümlü, əsl döyüş atlarıdır. İki yüz ildən çoxdur ki, mənim ailəm Qarabağ atlarının qorunub saxlanılması ilə məşğul olub. Mənim babam 3 dostu ilə birlikdə 1949 cu-ildə “Ağdam atçılıq” mərkəzini yaradıb”-,deyə “Baku Golden Horse”- un rəhbəri bildirib.
Sərxan Tağıyev daha sonra fikirlərinə bu cür davam edib: “1956 cı ildə babam Qarabağ atlarının ən gözəllərindən birini Londonda ikinci Yelzavetə hədiyyə edib. Mən çox xoşbəxtəm ki, Qarabağ atı hələ sovet hakimiyyəti dövründə xarici ölkələrdə tanınıb.
“Alp ərən” komandasının işi tək atçılıq, at üzərində ox atmaq deyil. Bizim “Alp Ərən” komandası ilə əməkdaşlığımız bir ildir ki, davam edir. “Alp Ərən” komandası atdan yıxılmanı, atı necə yıxmaq lazımdır, ox atmağı, atın üstündə döyüşməyi Sain Fərhad və onun komandası peşəkarcasına bacarır.
Sain Fərhad eyni zamanda azyaşlılara da bu peşənin ən kiçik detallarını öyrədir”.
Alp Ərən komandasının rəhbəri, kaskadyor Sain Fərhad da öz gördüyü işlər və komandasının bacarıqları haqda bizi məlumatlandırdı:
“Kaskadyorluq, ox atma, qılınc döyüşlərində əsasən Qarabağ atlarından istifadə edirik. Məqsədimiz həm Qarabağ atlarını tanıtmaq, həm də yeni nəsil gənclərimizi bu işə cəlb etmək, atçılığı idman növü kimi geniş fəaliyyətə başlamaq və milli ənənələrimizi qoruyub saxlamaqdır.
Qardaş Türkiyədə, eləcə də bir çox başqa ölkələrdə, artıq bu, dövlət səviyyəsində inkişaf edir, yarışlar keçirilir, o yarışlara 120-dən çox ölkə qoşulur. Çox istərdim ki, Azərbaycan bayrağı da o ölkə bayraqlarının arasında dalğalansın.
Peşəmizə müəyən maraq var, amma istəyirəm ki, bu iş dövlət səviyyəsində fəaliyyətdə olsun. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bizdə atçılıq və onun müxtəlif qollarının inkişafı ləngiməkdədir. Film çəklişlərində əziyyətimizə o qədər də dəyər verilmir, Murad Abdullayevlə bir ilə yaxın konsultasiyalarda iştirak etdik, sonra Türkiyədən başqa kaskadyorlar gətirdilər, biz qaldıq kənarda. Film bazarında maliyyə az olanda müraciət edirlər, digər vaxtlarda xaricə üz tuturlar. Buna baxmayaraq, xarici filmlərin çoxunda iştirak etmişəm, Tomrisdə, Hindistanda bir çox xarici filmlərə dəvət almışam.
Məqsədim bu sahəni daha çox inkişaf etdirmək, Azərbaycanı digər ölkələrdə bu sahə üzrə tanıtmaqdır. Bu işdə fiziki güc, sevgi, bacarıq, çox önəmli məsələdir. At çapmaq, qılınc döyüşü, ox atmaq bir növ də cəsarət tələb edən işdir. Çünki burada həyati risq faktorları da vardır, amma komandamızla birlikdə çox böyük sevgi ilə çalışırıq”.
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda hazırlanıb.
Ayşən Azadova
Medianews.az