Qədim dünyada “maye qızıl” adlanan zeytun yağı zəngin antioksidant və təbii müalicə mənbəyidir. Çoxsaylı faydaları ilə tanınır.
Zeytun yağı, müntəzəm istifadə edildikdə maddələr mübadiləsini nizamlı və sürətli işləməsini təmin edir. Bu yağ yüksək təzyiq, revmatizm, öd kisəsi tənbəlliyi, xolesterin, ateroskleroz, öd daşı, öd yollarının tıxanması, qan azlığı, yaddaş, qaraciyər pozğunluqları, döş xərçəngi, qəbizlik, podaqra kimi xəstəliklərin müalicəsində çox təsirlidir.
Oksford Universitetində aparılan tibbi araşdırmalar göstərib ki, bu yağın tərkibindəki turşu rektumlar bir çox xəstəliklərin yaranmasının qarşısını alır.
Hər səhər acqarına 1 xörək qaşığı zeytun yağı qəbul etmək immunitet sisteminizi qoruyur və ürək-damar xəstəlikləri riskini minimuma endirir. Yağın tərkibində olan E vitamini dərini iltihabdan, sızanaqdan, qızılgül xəstəliyindən və dəri xərçəngindən qoruyur. Daban çartlaması, saç sağlamlığı üçün də çox faydalıdır.
Zeytun yağı həzm sistemini tənzimləyir və bağırsaq hərəkətlərini yaxşılaşdırmaq üçün dərman vastəsi kimi istifadə olunur.
Uşaqlarda beyin və sümük inkişafını quruluşunu sürətləndirir, maddələr mübadiləsini normaya salır.
Ayşən Azadova
Medianews.az