Qətərin paytaxtı Dohadakı Əl Khor Əl-Beyt Stadionunda pərəstişkarları üçün yaradılmış festival ərazisində təşkil olunan konsertdə Türkiyənin gənc ifaçısı Zeynep Bastik mahnılarını səsləndirib.
Medianews.az xəbər verir ki, Portuqaliya-Qana oyunundan sonra başlayan və böyük marağa səbəb olan konsertdə Bastik təxminən 45 dəqiqə səhnədə qalıb. Zeynep Bastikin mahnılarını heyranlıqla dinləyən pərəstişkarları böyük coşqu yaşayıb.
Festival ərazisində olan Türkiyə vətəndaşları da Türk bayraqları ilə ifaçıya dəstək olublar.
Medianews.az