“Yaxın zamanlarda Rusiyada Azərbaycan və Ermənistan liderləri İlham Əliyevlə Nikol Paşinyanın görüşü planlaşdırılmır”.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin rəsmi sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, bununla belə, Rusiya Ermənistan və Azərbaycan arasında münasibətlərin tez bir zamanda normallaşması üçün səylər göstərməyə davam edir.