Twitter sosial media platformasının yeni sahibi Elon Mask qanunu pozmayan və ya dayandırılmış hesablardan çoxlu spam mesaj paylaşanların gələn həftədən etibarən açılacağını açıqlayıb.
Medianews.az xəbər verir ki, İlon Mask Twitter-də verdiyi açıqlamada daha əvvəl bağlanmış hesabların vəziyyətinə aydınlıq gətirib.
Mask paylaşımında önümüzdəki həftədən etibarən bağlanan Twitter hesablarının açılacağını vurğulayaraq ” Xalqın səsi.. Əfv gələn həftə başlayır”- paylaşımını edib.
Mask çərşənbə günü bir sorğu edərək izləyicilərinə sual ünvanlamışdı: “Twitter qanunu pozmamaq və ya çoxlu spam mesajları göndərməmək şərti ilə dayandırılmış hesablara ümumi amnistiya təklif etməlidirmi?”.
Sorğuda iştirak edən ümumi 3,1 milyon insanın 72,4 faizi “hə” cavabını verərkən, 27,6 faizi “xeyr” cavabını verib.
Qeyd edək ki, Maskın hakimiyyəti ələ keçirdikdən sonra Twitter, keçmiş ABŞ prezidenti Donald Tramp, konqresmen Marjorie Taylor Green və reper Kanye West daxil olmaqla, əvvəllər bağlanmış bəzi Twitter hesablarını açıb.
Twitter 6 yanvar 2021-ci il tarixində Konqresin basqınından sonra ABŞ-ın keçmiş prezidenti Trampın hesabını 9 yanvar 2021-ci ildə həmişəlik dayandırdığını açıqlayıb.
Medianews.az